Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99945
az

Əjdaha ilində bizi nələr gözləyir? - Zirəddin Rzayevdən ŞOK AÇIQLAMALAR

18:1227 Dekabr, 2023
383
REDAKTORUN SEÇİMİ
  • A

Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev Lent.az-a 2024-cü illə bağlı proqnozlarını səsləndirib.

- Zirəddin bəy, adətən  müxtəlif heyvanların adı ilə bağladığımız hər ilin öz xarakteri olur. Əjdaha ili insanlara nə vəd edir?

-  İl dəli Əjdaha ilidir. Əjdaha uşaq xarakterli, emosional və çılğındır. Tövsiyə edirəm bu il insanlara həmişəkindən mehriban davranaq. Çünki ani savaşlar, küsülülüklər, çılğın emosiyalar üzə çıxa bilər. İnsanlar tez küsə, dalaşa və aralarında münaqişə yarana bilər. Əjdaha ilinin xarakterinə uyğun olaraq dövlətlər arasında da müxtəlif səviyyəli münaqişələr yaranacaq.


- Üzümüzə gələn ildən nə gözləyək?

- 2024-cü il digər illərdən çox fərqlənməyəcək. Texniki, hərbi, tibbi sahələrdə inkişaf görürəm. Lakin ümumilikdə rahat il olmayacaq. Tektonik hərəkətlənmələr, terror aktları ili kimi hiss edirəm. Yerdə böyük partlayış olacaq. Bu ya asteroid, ya da vulkan partlaması ola bilər. Yenə zəlzələ fəlakəti yaşanacaq. Konkret ölkə deməyəcəm, amma bu Yaxın Şərqdə  görünür. Dünyada təbii fəlakətlər çoxalacaq. Eyni zamanda dünyada yeni virus yayılacaq. Lakin pandemiya xarakteri daşımayacaq.

-  Azərbaycanda ölkədə yayılmış qızılca xəstəliyi yeni növ virusdur deyənlər var. Bu xəstəlik geniş yayılacaq?

- Boş yerə təşviş yaşanır, bunun böyük fəlakətə səbəb olacağını hesab eləmirəm.

- Hansı ölkələrdə problemlər gözlənilir?

- MDB üzvü olan və Orta Asiya ölkələri üçün elə də uğurlu olmayacaq. 2024-cü ilin sonu, 2025-ci ilin əvvəllərində Avropa qitəsində böyük təbii fəlakətlər gözlənilir. 

- Rusiya-Ukrayna, İsrail –HAMAS münaqişəsi necə nəticələnəcək?

- Rusiya-Ukrayna arasında qarşıdurma 2024-cü ildə ya tamamilə bitəcək, ya da dondurulacaq. İsrail HAMAS-a qalib gələcək. İran daxilində yenə yayın əvvəli və ortalarında münaqişə yaranacaq cəmiyyət çalxalanacaq. 

- Məşhurların həyatında hansısa dəyişiklik görünür?

- Ad çəkib heç kimi xoflandırmaq istəməzdim. 2024-2026-cı illərdə bizə qonşu olan iki ölkənin prezidentləri möhkəm xəstələnəcək.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı