Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98048
az

TƏCİLİ! Azərbaycanın bu şəhərində  “Hepatit A” virusu yayıldı – AÇIQLAMA

23:1216 Noyabr, 2023
407
REDAKTORUN SEÇİMİ
  • A

Son bir həftə ərzində Mingəçevirdə əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

 

Oxu24.com  xəbər verir ki, Səhiyyə Nazirliyi faktla bağlı açıqlama verib. Bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində daxil olan bildirişə əsasən araşdırma aparılıb, Kür çayından götürülən su nümunələrində hepatit A virusu aşkar edilməyib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, fakta əsasən, beş nəfər uşaq hepatit A virusuna yoluxub:

“Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir. Uşaqlar Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib”.

Həkim İlqar Həsənovun sözlərinə görə, xəstələrin vəziyyəti hazırda yaxşıdır və valideynlərinin təkidi ilə müalicələri paytaxtda davam etdirilir.

TƏBİB-dən  verilən açıqlamada bildirilib ki, son bir həftə ərzində beş nəfər (dördü oğlan, biri qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib:

“Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib.

Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub”.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün ölkədə 82 kiloqram narkotik aşkarlandı