Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97936
az

Bu rayonumuzda da əhaliyə güzəştli mənzillər təqdim olunacaq - VİDEO

21:2714 Noyabr, 2023
184
REDAKTORUN SEÇİMİ
  • A

Mənzil İnşaatı Dövlət Agentliyi bu dəfə Yevlaxda güzəştli mənzillərin inşasına başlayacaq. 

Belə ki, 2 hektara yaxın ərazidə inşa olunacaq Yevlax Yaşayış Kompleksinin hazırda layihələndirmə işləri aparılır.

Tezliklə kompleksin inşasına başlanılacaq. Yaşayış kompleksi 7 mərtəbəli olmaqla, 6 binadan ibarətdir. Bu binalarda ümumilikdə 329 mənzil olacaq. 

MİDA-dan verilən xəbərə görə, hazırda Lənkəran şəhərində də yaşayış kompleksinin inşası davam edir. Tikintisi yekunlaşmaqda olan yaşayış kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var.

Paralel olaraq Sumqayıt şəhərində Sumqayıt Yaşayış Kompleksi inşa olunur. Ümumi sahəsi 2 hektar olan yaşayış kompleksi 11 binadan ibarətdir.

Bu binalarda ümumilikdə 461 mənzil olacaq. 

8 hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi isə 25 binadan ibarətdir. Artıq kompleksin inşasına başlanılıb. 9 mərtəbəli və 12 mərtəbəli binalarda ümumilikdə 1264 mənzil olacaq. Qeyd edək ki, MİDA Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində mənzillərin növbəti dəfə güzəştli satışına da başlayır. 

Məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə avtoqəzada bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - ADLAR
Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ!
Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi