Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97647
az

FHN  əhaliyə xəbərdarlıq edib

12:2910 Noyabr, 2023
130
REDAKTORUN SEÇİMİ
  • A
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə müraciət edib. Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır. Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO