Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97581
az

Sənədsiz evlərin qazı, suyu, işığı kəsiləcək? - RƏSMİ CAVAB

10:2009 Noyabr, 2023
379
REDAKTORUN SEÇİMİ
  • A

Bu ilin oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar sosial şəbəkədə geniş müzakirə olunub. 

Oxu24.com  Day.Az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Facebook" hesabında hazırda paytaxtda çox sayda sənədsiz evlərin olduğunu xatırladıb:

"Bakı və Abşeron ərazisində yüz minlərlə cıxarışı olmayan fərdi həyət evləri var və onların hər birinin kommunikasiya ilə bağlı bütün sayğacları və qurumlarla müqavilələri var. Əgər o həyət evlərində yaşayan sakinlərin hər hansısa bir kommunikasiya sayğacı xarab olarsa və o sayğacın dəyişdirilməsi ilə bağlı qurumlara müraciət olunarsa, onlardan cıxarış tələb olunacaqmı?" 

Məsələyə münasibət bildirən kommunikasyanı həyata keçirən qurum nümayəndələri bu qərarın sayğacı olan və əvvəldən kommunikasiyaya qoşulan abunəçilərə şamil olunmadığını bildiriblər. 

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, icazə sənədi yeni abonent olmaq istəyənlərdən tələb olunacaq. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi