Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96498
az

Azərbaycanda faciə: İki qardaş öldü,biri ağırdır

16:1214 Oktyabr, 2023
644
  • A

Qusarda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

AQTA-dan  verilən məlumata görə, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

14.17
Qusar rayonunda 3 nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.

“Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.

Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Polis bu şəxsi axtarır
Bu ərazilərdə işıq olmayacaq - DİQQƏT!
Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub