Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94795
az

Azərbaycanlı hərbçi itkin düşdü

11:4404 Sentyabr, 2023
540
  • A

Ukraynanın Donetsk vilayətinin Liman şəhəri ətrafında gedən döyüşlərdə yaralanmış azərbaycanlı hərbçi itkin düşüb.

"Report"un Şərqi Avropa bürosunun yerli hərbi mənbələrdən aldığı məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1997-ci il təvəllüdlü Osmanov Tərlan Eyvaz oğlu bu il iyunun 25-i ərəfəsində Liman ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yerə yıxılıb. Həmin andan etibarən ondan heç bir məlumat yoxdur.

Əslən Azərbaycanın Bakı şəhərindən olan T.Osmanov pulemyotçu olaraq həmin döyüşdə son gülləsinə qədər döyüşərək mövqeyini tərk etməyib, döyüşdə həlledici qəhrəmanlıq göstərib. Hərbçi yoldaşları son dəfə onu döyüş zamanı aldığı güllə zərbəsindən yıxıldığını görüblər. Ukrayna Silahlı Qüvvələrinə məxsus N saylı briqada ərazidən həmin döyüş zamanı həlak olan və yaralananları götürərkən həmyerlimizin də onların arasında olub-olmaması ilə bağlı məlumat təsdiqlənməyib.

Hazırda onun cəsədinin, yaxud sağdırsa əsir düşüb-düşməməsi ilə bağlı axtarışlar gedir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Polis bu şəxsi axtarır
Bu ərazilərdə işıq olmayacaq - DİQQƏT!
Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub