Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94684
az

"Qarabağda vəziyyət gərgindir, ermənilər..." - Deputatdan SENSASİON YAZI

00:0202 Sentyabr, 2023
407
REDAKTORUN SEÇİMİ
  • A

Bölgədə vəziyyət yenə gərgindir. Azərbaycanın bölgədə sülh və sabitlik istəməsinə baxmayaraq, Ermənistan hakimiyyəti və Qarabağ separatçıları, o cümlədən onların dünyadakı havadarları gərginliyi artırmaq üçün əllərindən gələni edirlər. Ermənistan İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətinə rəğmən, təxribatlarını davam etdirir.

Ermənistanın baş naziri Nikol Paşinyan odla oynayır, bir tərəfdən Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, o biri tərəfdən dediyinin sənəddə əks olunmasını ləngidir. Azərbaycan Prezidenti, cənab İlham Əliyev Nikol Paşinyanın sülh sazişinə imza atmasının vacibliyini bir neçə dəfə söyləyib. Bütün problemlərin kökündə məhz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınması dayanır. Bu olmazsa, sərhədlərin müəyyənləşməsi də uzanacaq. Əslində qonşu dövlətlə münasibətlərin normallaşmaması daha çox Ermənistanı narahat etməlidir.

Cənab İlham Əliyev açıq deyib: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunu rəsmi şəkildə bəyan edəcək”. Sən Qarabağı Azərbaycan ərazisi kimi tanımırsansa, mən Qərbi Zəngəzuru niyə Ermənistan ərazisi kimi tanımalıyam? Bu, beynəlxalq aləmə və ermənipərəst mərkəzlərə də mesajımızdır ki, bölgədə həqiqətən sülh və sabitlik istəyirsinizsə, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar edin! Təəssüf ki, beynəlxalq aləmdə bəziləri hələ də ermənilərin “kaprizlərini” səsləndirməyə üstünlük verir. Bu o mərkəzlərdir ki, Azərbaycan torpaqlarının 30 il müddətində işğalına göz yumdular, həqiqəti söyləməkdən çəkindilər, susmağa üstünlük verdilər, ancaq elə ki işğala son qoyuldu və Azərbaycan Qarabağı ram etməyə başladı, onlar “fəallaşdılar” və anti-Azərbaycan siyasətlərini gizlədə bilmədilər. Bunun da məşhur adı var: “İkili standartlar!”

Fransanın siyasəti göz qarşısındadır. Bu dövlət keçmiş illərdə də işğalçı Ermənistana rəğbətini gizlətmirdi, ancaq heç olmazsa, müəyyən qədər balans görüntüsü yaratmağa çalışırdı. Emmanuel Makronun prezident seçilməsiylə “balansı” tamamən unutdular, Fransa İkinci Qarabağ müharibəsində və ondan sonrakı dönəmdə tamamən Ermənistanın tərəfinə keçdi. Makronun birtərəfli açıqlamaları, bir qrup Fransa şəhərinin merinin Laçın yolunun başlanğıcına gələrək təxribatçı açıqlamalar verməsi Azərbaycanda separatizmi təşviq edən addımlardır. Özü də bunu o ölkə edir ki, tarixi qara səhifələrlə doludur, bugünlərdə Afrika ölkələrində ard-arda baş verən çevrilişlər Parisə verilən dərsdir.

Belələri ABŞ Konqresində də var. Bir qrup ermənipərəst konqresmen də son zamanlar “fəallaşıb”, Azərbaycan əleyhinə açıqlamalar verir, Ermənistana nümayəndələrini göndərirlər. Ancaq Fransadan fərqli olaraq ABŞ-ın rəsmi dairələri Azərbaycanın bölgədəki rolunu və əhəmiyyətini anladıqlarından hər iki tərəflə bərabər məsafəni qorumağa çalışırlar. Bu səbəbsiz deyil. Birincisi, Vaşinqton Azərbaycanla təhlükəsizlik və enerji əməkdaşlığına əhəmiyyət verir. Azərbaycan son illər Avropanın enerji təchizatında əhəmiyyətli mövqeyə sahibdir. Bu Rusiya-Ukrayna müharibəsi fonunda həm Avropa İttifaqının, həm də ABŞ-ın maraqlarına cavab verir. Digər tərəfdən, Vaşinqton Azərbaycanın Ukraynaya humanitar yardımını da görür və qiymətləndirir. Halbuki, həmin ermənipərəst konqresmenlər bir sualımıza cavab versinlər: Sizin də müdafiə etdiyiniz Ukrayna üçün Azərbaycanın etdiklərinin hansı birini Ermənistan Ukrayna üçün edib?

Buna baxmayaraq, Ermənistan və erməni lobbisi beynəlxalq aləmdə Azərbaycana qarşı təzyiq alətlərini işə salmaq üçün bütün imkanlarını səfərbər ediblər. Bu təzyiqin nəticəsiz qaldığı BMT Təhlükəsizlik Şurasının müzakirələrində bir daha ortaya çıxdı. Dünyada Azərbaycanın da dostları artıb. Ermənistan rəsmiləri və onların dünyadakı havadarları Qarabağdakı ermənilərin “ərzaq problemlərindən” danışdıqları halda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün nəzərdə tutulan 40 ton un məmulatının qəbuluna mane olurlar. Məntiqlə un məhsullarına ehtiyacınız varsa, həmin unu qəbul etməlisiniz. Ancaq Ermənistan hakimiyyəti və separatçılar tutduqlarını buraxmır və məhz Laçın yolunun açılmasını tələb edirlər. Bu mümkün deyil. İşğal dövründə Laçın yolundan bildikləri kimi istifadə etdilər, silah daşıdılar, yollara minalar döşədilər. Azərbaycan ordusu buna son qoydu və Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi quruldu. Hazırda Qarabağ erməniləri həmin yoldan istifadə edir və sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçilərinin yoxlamasından keçməyə alışırlar. Bu, yalnız separatçıların maraqlarına cavab vermir. Çünki əli qana batanlar sərhəd-keçid məntəqəsindən istifadə edib Azərbaycanı tərk edə bilməyəcəklər, necə ki, indi bəziləri Ermənistana keçmək istəyərkən sərhəddə yaxalanırlar. Başqa cür olması da mümkün deyil. Mülki insanları öldürən, qətliamlarda iştirak edən erməni canilərin həbsi və ədalət məhkəməsi qarşısında cavab vermələri qaçılmazdır. O ki qaldı Laçın yolunun açılmasına, bu haqda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin tutarlı açıqlaması var: “Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın yolu açılacaq”.

Qarabağ erməniləri seçim etməlidirlər. Onlar ya Azərbaycan qanunları ilə yaşamağı qəbul etməli, ya da Azərbaycanı tərk etməlidirlər. Bunu “etnik təmizləmə” kimi qələmə verənlər yanılırlar. Ermənipərəst Fransada və ya başqa ölkədə kimsə desə ki, “mən bu ölkənin qanunları ilə yaşamaq və pasportunu daşımaq istəmirəm”, həmin anda onu ölkədən deportasiya edərlər. Eyni hüquqa Azərbaycan da malikdir.

Qarabağın işğaldan azad olunmayan hissəsində xaos hökm sürür. Separatçıların lideri istefa verib, onun yerinə bir başqası “təyin olunub”. Bu onları xilas etməyəcək. Onların yeganə alternativləri tərksilah olunmaq və Azərbaycanın şərtlərini qəbul etməkdir. Qarabağın erməni icması Bakı ilə dialoqdan və Ağdam-Xankəndi yolunu açmaqdan imtina edərsə, Azərbaycan ordusunun bölgədə qayda-qanun yaratması aktuallaşacaq. Ermənistan hakimiyyətinin azca məntiqi qalıbsa, Qarabağ separatçılarına bunu məsləhət görməlidirlər. Ancaq görünən odur ki, Ermənistan hakimiyyəti sərhəddə təxribatlara üstünlük verməklə gərginliyi daha da artırmaq yolunu tutub. Yəqin Ermənistanda hesab edirlər ki, sərhəddə təxribatlar vasitəsilə Azərbaycanı Qarabağda qayda-qanun yaratmaqdan yayındıra biləcəklər. Bu “hiylə” də keçməyəcək. Azərbaycan ordusunun gücü həm sərhəddə üstünlüyümüzü davam etdirməyə, həm də Qarabağda separatizmin kökünü kəsməyə yetərlidir. Qarabağın kommunikasiya xətləri Azərbaycan ordusunun nəzarətindədir. Bunu da unutmasınlar. Həmin kommunikasiya xətləri işğal dövründə qanunsuz çəkilib. İşğal altındakı Sərsəng su anbarı da diqqətimizdədir. Erməni separatçıları işğal dövründə ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarında ekoloji fəlakət yaradıblar. Avropa Şurası Parlament Assambelyasının Sərsəng su anbarıyla bağlı müvafiq qətnaməsi də Azərbaycanın Sərsəng su anbarının idarəetməsini nəzarətə götürmək üçün zəmin yaradır.

Güc birlikdədir! Cənab Prezidentin xarici və daxili siyasəti sayəsində Azərbaycan böyük gücə sahibdir, birliyimizi də qoruyuruq! Bu bizə istədiyimiz və hədəflədiyimiz vəzifəni yerinə yetirmək üçün kifayətdir!

 

Adil Əliyev,

Millət vəkili,
Milli Məclisin sədr müavini

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Qara qutu" tapıldı
Azər Zahid haqda həbs qərarı verildi
"Kəlmeyi-şəhadət" gətirib sağ qalan kişi +VIDEO

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı