Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94540
az

Badımcanın bu faydasını 90% İnsan Bilmir - Həftədə 4 dəfə badımcanı...

23:3130 Avqust, 2023
216
REDAKTORUN SEÇİMİ
  • A

Badımcan bir çox xəstəliklər zamanı müalicəvi əhəmiyyətə malikdir.  Bəli düz eşitdiniz.  Qədimdə badımcan dərman kimi istifadə olunurdu. Nənə və babalarımız ondan bir çox xəstəliklərin müalicəsi zamanı stifadə ediblər. 

Badımcanın təkibindəki nasunin adlı maddə xərçəng və alzeymer xəstəliklərinin inkişafının qarşısını alır. Bunu son aparılan elmi araşdırmalar təsdiq edir. Hazırda badımcanın qanda pis xolesterola təsiri öyrənilir. Ehtimal olunur ki, bu tərəvəzin mütəmadi qəbulu xolesterolun səviyyəsinin nizamlanmasında əhəmiyyət kəsb edir.

Şəkərli diabet zamanı badımcan yeməyə icazə verilir. Fərqi yoxdur, I, yaxud II tip olsun, şəkər xəstələri bu sevimli tərəvəzi cəsarətlə rasionlarına daxil edə bilərlər. Bilirik ki, şəkər xəstələrinə tərkibində şəkər bol olan qidalardan uzaq durmaq tövsiyə edilir. Badımcanın qlikemik indeksi 15-dir. Məhz bu göstərici diabetdən əziyyət çəkənlərin ürəyini arxayınlaşdıra bilər.  Tərəvəzin tərkibində B qrupu vitaminləri və faydalı minerallar var. Bunlar damarları möhkəmləndirir, sinir sistemini gücləndirir, beləcə, diabet orqanizmə çox xəsarət yetirə bilmir.

Pankreatit xəstəliyinin kəskin dövrlərində xəstəyə aclıq tövsiyə edilir. Üstəlik, bəzi qidaların az-az da olsa qəbulu mütləq şəkildə dayandırılır ki, xəstəlik irəliləməsin. Badımcan isə asan həzm olunması və orqanizm tərəfindən rahat mənimsənilməsi səbəbilə qadağan olunmuşlar siyahısına düşmür. Yəni, pankreatit zamanı badımcan yemək zərərli deyil. Çünki o, mədəaltı vəzə güc salmır.

Yaxşı bişmiş badımcan qastritdən əziyyət çəkənlərin menyusunda da öz yerini tapır.  Sadəcə, badımcandan hazırlanan yeməklərə duz, istiot, yaxud başqa ədviyyatlar əlavə edərkən əvvəlki normanı azaltmaq lazımdır. Mütəxəssislər qastrit xəstələrinə gün ərzində 200 qr badımcan yeməyi tövsiyə edirlər.  Amma səhər yeməyində yox, naharda, ya da şam yeməyində.

Badımcanın tərkibində lif də boldur. Liflərin bağırsaqlara faydası haqqında indiyədək bir çox videoda məlumat vermişik. Xüsusi olaraq onu qeyd edim ki, liflər bağırsaqların təmizlənməsində böyük rola malikdir. Badımcan, həmçinin, bağırsaqdakı qazları və şişkinlikləri də aradan qaldırır, faydalı maddələrin bağırsaqlar tərəfindən mənimsənilməsinə kömək edir. Mədə xorası və yaxud bağırsaq yaraları zamanı isə badımcandan uzaq durmaq məsləhətdir.

B qrupu vitaminləri və C vitamini ilə zəngin olan badımcan immunitet və mərkəzi sinir sistemi üçün də faydalıdır.  C vitamini orqanizmi müxtəlif bakteriya və viruslara qarşı möhkəmlədir, soyuqdəymə ilə mübarizə zamanı kömək edir.

Qarın boşluğunda yaranan qazların aradan qaldırılmasında da badımcanın öz yeri var. Tərkibindəki liflər sayəsində bu tərəvəz mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır, sistemin təmizlənməsini dəstəkləyir. Qaz problemi yaşayan insanlar həftədə, ən azı, 4 dəfə badımcan yeməlidir.

Podaqranın yaranma səbəbi maddələr mübadiləsinin pozulması nəticəsində bədəndə sidik turşusunun miqdarının artmasıdır. Bu isə sonradan damarların soyuqlamasına, kəskin ağrılara gətirib çıxarır. Podaqra zamanı ciddi pəhrizə riayət edilməlidir. Məsələn; podaqradan əziyyət çəkənlər ətdən uzaq durmalı, bacardıqca çox badımcan yeməlidir. Badımcan maddələr mübadiləsini tənzimləyir, urat duzlarının orqanizmdən xaric olunmasını təmin edir.

Yoğun bağırsaq xəstəliyi sayılan kolit də ciddi pəhriz tələb edir. Xüsusilə, qızardılmış və emal edilmiş qidalar, acı ədviyyatlar menyudan kənarlaşdırılır.  Amma suda bişmiş badımcan kolit zamanı tövsiyə edilən qidalar siyahısındadır. Ümumiyyətlə, kolit elə xəstəlikdir ki, onu özbaşına müalicə etmək olmaz. Çünki ən birinci, patalogiyanın səbəbi müəyyən  edilməlidir. Buna görə də, yaxşı olar ki, əvvəlcə, həkimə müraciət edəsiniz.

Badımcan şiş əleyhinə vasitədir. Tərəvəzin xəstə hüceyrələrə təsiri də hazırda alimlər tərəfindən öyrənilməkdədir. Tərkibindəki antioksidantlar sayəsində badımcan hüceyrələrin genetik tərkibinin qoruyucusuna çevrilir. Belə ki, hüceyrə mutasiyasının qarşısını alır, xərçəngli hüceyrələrin sağlam hüceyrələrə mənfi təsir göstərməsinə mane olur. Onkoloji xəstəlikdən əziyyət çəkənlər badımcan yedikcə, xəstəliyin inkişafı ləngiyir.

Siqaret çəkənlər də orqanizmlərinin qayğısına badımcanla qala bilərlər.  Tərəvəz siqaretin orqanizmə vurduğu zərərin həcmini azaldır. Siqareti tərgitmək istəyənlər  hər hansı dərman vasitəsindən istifadə etmədən, sadəcə, badımcanın köməyilə məqsədlərinə nail ola bilərlər.
Zərərləri və əks təsirləri.  Təkrarlayıram ki, badımcan orqanizm tərəfindən asan mənimsənilir. Amma  xroniki xəstəliklərlə ömür yoldaşı olan insanlar onun qəbulunda bir az daha ehtiyatlı olmalıdırlar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT 
Bakıda yanğın: Ölən var
Kəlbəcərdə ağır qəza: Ölən var

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ