Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94537
az

Gecə yuxuda tərləyənlər mütləq izləsin!- Səbəbi bu xəstəlik ola bilər

23:0830 Avqust, 2023
477
REDAKTORUN SEÇİMİ
  • A

Gecə yuxuda ikən qəfildən tərləyib oyanırsınızsa, bu videoya diqqətlə baxın!
 

Tərləmək orqanizmin təbii funksiyalarından biridir. Lakin gecə tərləmələrinə fərqli yanaşmaq lazımdır.  Burada  isti havalarda baş tutan tərləmələrdən danışmıram.  Tutaq ki, çox isti və ya soyuq olmayan bir otaqda yatırsınız.  Gecənin bir aləmində oyanırsınız və  əyninizdəki paltarın da,  hətta yatağın da su içində olduğunu görürsünüz.  Bu hal dəfələrlə təkrarlanırsa,  səbəb tibbi qaynaqlı ola bilər.

 Bir çox xəstəliklər gecə tərləmələrinə yol  açır:

1.      İnfeksiyalar. Orqanizmin infeksiya ilə mübarizə aparması gecə tərləməsi ilə nəticələnə bilər.  Vərəm, bakteriya və virus mənşəli xəstəliklər,  hətta  göbələk infeksiyaları da  səbəblər sırasındadır.  Düzdür,  2020-ci ildən sonra gecə tərləmələrinin daha məşhur səbəbi  ilə üz-üzəyik: “Covid-19”.   “Covid-19”a tutulan orqanizmdə 3 həftədən çox vaxt ərzində  xəstəlik əlamətləri müşahidə edilir.

2.      İnsanın İmmunçatışmazlığı Virusu ( İİV).  Qızdırma, şişmiş limfa vəziləri, oynaq ağrıları ilə bərabər gecə tərləmələri də varsa, İİV-dən şübhələnməyə dəyər.  Ardınca sürətlə arıqlamaq və ishal da peyda olur.

3.      Tiroid vəzinin həddən artıq işləməsi.  Tiroid vəzinin  bol-bol hormon istehsal etməsi, yəni hipertireoz  gecə tərləməsinə gətirib çıxarır.

4.      Xərçəng. Leykoz, qan xərçəngi, böyrəküstü vəzin xərçəngi, böyrək xərçəngi, neyroendokrin şişlər, limfoma zamanı əksər hallarda gecə tərləməsi yaşanır.  Kişilərdə tərləmələr intensivdirsə, prostat vəzinin müayinədən keçməsi şərtdir. Çünki bu tərləmələr prostat vəzi xərçənginin ilkin səbəblərindən ola bilər.

5.      Klimaks. Gecə tərləmələrinə səbəb olan faktorlardan biri də klimaksdır. Nəticəni estrogen və proqestron səviyyəllərindəki dəyişikliklər yaradır. Araşdırmalar göstərir ki, bu hal qadınların 85%-də müşahidə edilir.

6.      Diabet.  Qanda şəkərin səviyyəsinin  aşağı düşməsi nəticəsində  xəstə gecələr tərləyir.  İnsulin iynəsindən istifadə varsa, gecə tərləmələri adi həyat tərzinin bir parçasına çevrilir.

7.      Nevroloji xəstəliklər.  Orqanizmdəki sinirlər tərləməni nəzarətdə saxlayır. İflic və neyropatiya kimi hallarda gecə tərləmələri baş verir.

Bunlardan əlavə, ruhi gərginlik,  xroniki stress, xroniki yorğunluq sindromu, köklük,  vegetativ sinir sistemindəki hər hansı dəyişiklik, ortostatik kollaps,  parkinson xəstəliyi, genetik faktorlar, B12 vitamini, D vitamini, fol turşusu və maqnezium çatışmazlığı,  antidepresant, kortizol, bəzi qızdırma əleyhinə dərmanlar və ağrıkəsicilər, hamiləlik əleyhinə preparatlar da gecə tərləmələrinə yol açır.

Gecə tərləməsi nə vaxt təhlükəli olur? 

Bu hal arada-sırada baş verirsə, yuxunuzun keyfiyyətinə  təsir etmirsə, çox da narahat olmağa dəyməz.  Sadəcə,  həkimlə söhbət etməkdən çəkinməyin.  Lakin  yatmaqda çətinlik çəkirsinizsə, daim tərləyirsinizsə,  müayinələrdən keçmək labüddür.   İndi sadalayacağım əlamətlər “təhlükə xəbərdarlığı” kimi qəbul edilməlidir
 
-gecə tərləmələri ilə paralel olaraq sürətli arıqlama;

-tərləmədən sonra ağrılar;

-qızdırma və titrətmə ilə müşahidə olunan gecə tərləməsi;

-xroniki və ya qanlı öskürəklə nəticələnən tərləmə;

-tərləmə ilə paralel mədə ağrısının baş qaldırması və ishal;

Gecə tərləməsi zamanı nə edə bilərsiniz?

1.      Adaçayı.  Araşdırmalara görə, klimaks səbəbiylə yaranan  istiliyi və gecə tərləmələrini azaldır. 1 çay qaşığı adaçayı yarpağının üzərinə 1 stəkan qaynar su tökün. 10 dəq gözlədikdən sonra için.  Əgər hamiləlik varsa, həkimlə məsləhətləşmədən bunu etməyin.

2.      Kətan toxumu. Yüksək miqdarda fitoestrogenlərə malik olan kətan toxumu gecə tərləmələrini azaldır. Mütəxəssislər deyir ki, 6 həftə ərzində kətan toxumu qəbul edən insanların gecə tərləməsi 50%-dək azalır.

3.      Soya məhsulları.  Hormon səviyyələrini qoruyan bu məhsulların estrogenik təsirləri də var.  Beləcə, qadınlarda gecə tərləmələrinə son qoya bilir.

4.      Alma sirkəsi. Gecə tərləmələrini və istiliyi azaltmaqda mahirdir.
Ümumiyyətlə, B vitamini ilə zəngin məhsullar gecə tərləmələrinə yaxşı təsir edir. Misal olaraq, balıq, dəniz məhsulları, göyərtilər, qulançar, yaşıl bibər, brüssel kələmi,  paxlalılar və çərəzlər, soğankimilər və turpkimiləri  göstərmək olar.

Tövsiyələr:

1.      Gecələr qalın pijamalarla yatmayın. Çalışın ki,  əyninizdə hava keçirən və su götürən materialda paltar olsun; 

2.      Axşam yeməyi başda olmaqla bütün öynələrdə ədviyyatlardan az istifadə edin;

3.      Yatmazdan qabaq alkoqollu içki qəbul etməyin;

4.      Siqaret asılılığınız varsa, qurtulun;

5.      Kafein də gecə tərləməsinə səbəb ola bilir. Gün ərzində 2 fincandan artıq kofe içməyin;

6.       Balanslı qidalanın, aktiv olun,  gündə ən azı, 8-10 stəkan su için;

7.      Stressdən qaçın. Mümkünsə yoqa, meditasiya, nəfəs məşqlərinə baş vurun;

8.      Yataq otağınızı tez-tez havalandırın;

9.      İstilik cihazlarını aşağı səviyyədə işlədin;

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!
Azərbaycanda  müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü 

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü