Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94525
az

İşçilər tələb olunur - MAAŞ 3500-4000 MANAT

21:1130 Avqust, 2023
388
REDAKTORUN SEÇİMİ
  • A

Layihə rəhbəri

 Son tarix 29 sen 2023 [email protected]

Əmək haqqı : 3500-4000 AZN;
İş saatları (iş rejimi) : həftə içi 5 gün, 09:00-18:00;

Vəzifə öhdəlikləri:

Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək;

Zərurət yarandıqda  MB əməkdaşları ilə mütəmadi ünsiyyətdə olmaq;

Məhsullarla bağlı satış və istehsal şöbəsində kadrlar yaratmaq;

Məhsulun təqdimatını hazırlamaq və bu barədə personalı məlumatlandırmaq;

Məhsul satışı üçün potensial müştəriləri müəyyən etmək;

Satış üçün imkan sahələri və bazar tendensiyalarını araşdırmaq;

Oxşar məhsul istehsal edən və satan rəqib şirkətlərin fəaliyyətini müşahidə etmək və izləmək;

Mənfəət və zərər təhlilini aparmaq;

Əməliyyatlar üzrə qərarlar qəbul etmək;

Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;

Cəmiyyətin imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək;

Müştəri bazasının genişləndirilməsi üçün yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ  bank məhsullarının satışını təşkil etmək;

İşçiləri qiymətləndirmək və motivasiya etmək;

Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək.

 

Vəzifə üzrə tələblər:

Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və digər əlaqəli ixtisaslar arzuolunandır);

Microsoft office, bank və digər xüsusi proqramları bilmək;

Mərkəzi Bankın BANK və BOKT-lar üçün tətbiq etdiyi qaydaları bilmək;

Qüvvədə olan bank qanunvericiliyini və ARMB-nin aidiyyəti təlimatlarını bilmək;

Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında biliklərə sahib olmaq;

Bank məhsulları haqda tam məlumatlı olmaq və onların satışı istiqamətində bacarıqlara sahib olmaq;

Cəmiyyətin maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığına sahib olmaq;

Bank sahəsində minimum 4-5 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir ;

Filial müdürlərinə, rəhbər vəzifədə iş təcrübəsi,  olanlara üstünlük verilir.

 

Fərdi keyfiyyətlər:

Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları;

Eyni anda bir neçə tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək;

Həm müstəqil, həm də komanda mühitində işləmək;

Problemi həll etmə bacarığı;

Strateji və analitik düşünmə qabiliyyəti;

İdarəetmə və liderlik qabiliyyəti.

Məsuliyyətli və dəqiq;

Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti

Sizə nə təklif edirik?

Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;

Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;

Bank sektorunda mövcud  karyeranızı inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;

X şirkətin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Əlverişli iş mühitində çalışmaq imkanı.

Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü