Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94523
az

SON DƏQİQƏ! DİN tutulan İran vətəndaşı ilə bağlı açıqlama yaydı

20:4830 Avqust, 2023
272
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycana narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən növbəti əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Füzuli rayonunun Qarabağlı kəndi ərazisində keçirilən tədbirlərlə İran vətəndaşı, 1980-ci il təvəllüdlü Fərhadi Hosein Qulaməhməd oğlu narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 35 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana, metamfetamin və 360 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Hosein Fərhadi ondan aşkar olunmuş narkotik vasitələri həmyerlisi “Nadir” adı şəxslə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən Füzuli rayonuna çatdırdığını bildirib.

Qeyd edək ki, saxlanılan şəxs narkotikləri bu məqsəd üçün xüsusi hazırlanmış motoparaplan (uçuş aparatı) vasitəsilə keçirməyə cəhd göstərib.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı