Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93702
az

DYP müraciət yaydı

12:4811 Avqust, 2023
158
REDAKTORUN SEÇİMİ
  • A

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda aparılan təmir-quraşdırma işləri ilə əlaqədar sürücülərə müraciət edib.

 

İdarədən Oxu24.com-a daxil olan müraciətdə deyilir:

 

"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 128.6-cı kilometrliyində, yolun hər iki tərəfində elektron tərəzilərin quraşdırılması ilə əlaqədar aidiyyəti qurum tərəfindən hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.

Hazırda yolda təhlükəsizliyin təmin edilməsi və hərəkət intensivliyinin nizamlanması üçün DYP tərəfindən zəruri tədbirlər görülür.

Lakin təəssüf ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə əsas yola çıxmağa çalışırlar ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qəzaların və digər xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərə müraciət edərək onlardan sözügedən ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə, yol hərəkəti qaydalarına riayət etməyi, mövcud vəziyyəti anlayışla qarşılamağı və digər hərəkət iştirakçılarına münasibətdə ehtiramla davranmağı xahiş edir".

 

Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşət yaşandı: Ana uşağın ölümünə səbəb oldu
Model Kəmalə Həsənova faciəvi şəkildə öldü - FOTO
Fərid  Bağırzadə nazir müavini təyin edildi

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO