Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93688
az

Kirayə evdə şok hadisə: İynə vurub öldürdülər,daha sonra görün nə etdilər

23:4610 Avqust, 2023
471
REDAKTORUN SEÇİMİ
  • A

Türkiyədə baş vermiş dəhşətli cinayətin detalları məlum olub.

Oxu24.com Türkiyə mediasına istinadən xəbər  verir ki,Bahçelievlerdə gündəlik kirayə qaldığı mənzilə aparılaraq Möhtərəm Perçikli tərəfindən öldürülən 57 yaşlı xarici ölkə vətəndaşı  Murat Arpapayın ölüm səbəbi Ədliyyə  Tibb ekspertizasının rəyi ilə bəlli olub.

Evində saxladığı pulu oğurlamağı planlaşdıran şübhəlilərin Arpapayın bədəninə kimyəvi maye yeridərək öldürdüyü müəyyən edilib.

Şübhəlilər Muhterem Perçikli və Serpil Demir həbs olunarkən, pulu oğurlayıb qətli törədən 3 şübhəlinin xaricə qaçdığı müəyyən edilib.

İ

Hadisə iyulun 27-də saat 09:30 radələrində Şirinevlər rayonunda baş verib.

Kişi cəsədini mənzilin ventilyasiya şaxtasında tapanlar polisə xəbər veriblər.

Hadisə yerinə gələn qruplar bıçaq və silah yarası olmayan cəsədin Murat Arpapaya  aid olduğunu müəyyən edib. Arpapayın cəsədi şübhəli ölüm olaraq qiymətləndirilərək Ədliyyə Tibb Qurumuna aparılıb. Burada aparılan yarılmadan sonrakı hesabatda Arpapayın bədəninə maye vurularaq öldürüldüyü məlum olub.

Xəbərdən sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Araşdırmalarda Arpapayın cəsədinin tapıldığı mənzildə yaşamadığı, hadisədən bir gün əvvəl Muhterem Perçikli adlı qadınla birlikdə binadakı gündəlik kirayəlik mənzildə qaldığı müəyyən edilib. Mənzilə girən və çıxanları araşdıran polis, eyni gün Serpil Dəmir, Doğan Sarıyıldız və Fatih Erginoğlunun da eyni evə girdiyini, Muhterem Perçiklinin isə həmin gün saat 21.20-də evdən, digər 3 nəfərin isə evi tərk etdiyini müəyyən edib. 

Mühakimə olunmaq üçün polis bölməsinə aparılan Perçikli və Dəmir ifadələrində baş verənləri etiraf ediblər. Şübhəlilərin polisə verdiyi ifadələrə görə; Murat Arpapay sosial şəbəkədə tanış olduğu və daha sonra üz-üzə görüşdüyü Ersen Başakın uzun illər İngiltərədə yaşadığını, Türkiyəyə qayıtdıqdan sonra ailəsinin İngiltərədən göndərdiyi pullarla dolandığını bildirib. Arpapayın pullarını evdə gizlətdiyini öyrənən Başak pulu almaq üçün plan qurub və Muhterem Perçikli və Serpil Dəmirdən kömək istəyib. Plana görə, Muhterem Perçikli və Serpil Demir Ersen Başakın kafesinə gedəcək və orada yaşayan Murat Arpapayla görüşəcəkdilər. Planı həyata keçirən şübhəlilərdən Muhterem Perçikli tanış olduğu Murat Arpapayla əvvəlcə dost, sonra sevgili olub.

Hadisə baş verən gün Muhterem Perçikli Murat Arpapayla birlikdə gündəlik kirayə qaldığı mənzilə gedib. Qısa müddətdən sonra Serpil Dəmir, Doğan Sarıyıldız və Fatih Erginoğlu da eyni mənzilə gediblər. Burada üç şübhəli şəxs Arpapayın əl-qolunu bağlayıb, daha sonra iynə ilə Arpapayın bədəninə kimyəvi maye yeridərək öldürüb. Şübhəlilər Arpapayın cəsədini binanın havalandırma şaxtasına qoyaraq hadisə yerini tərk ediblər.

Daha sonra Arpapayın evinə daxil olan Ersen Başak evdəki pulu götürərək Gürcüstana, qətli törədən Doğan Sarıyıldız və Fatih Erginoğlu isə Kiprə qaçıb. Hadisədən sonra nəzarətə alınan Serpil Dəmir və Muhterem Percikli əməliyyatlarının ardından məhkəmə tərəfindən həbs edilib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ŞOK XƏBƏRDARLIQ! 7,6 bal gücündə zəlzələ gözlənilir
Bakıda dəhşət yaşandı: Ana uşağın ölümünə səbəb oldu
Model Kəmalə Həsənova faciəvi şəkildə öldü - FOTO

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü