Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93159
az

İcra başçısının qardaşı öz arvadını döyürmüş? - QƏTLİN ŞOK DETALLARI

17:4428 İyul, 2023
459
REDAKTORUN SEÇİMİ
  • A

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlinin bəzi təfərrüatları üzə çıxıb.

“Qafqazinfo” məlumat yayıb ki, 1999-cu il təvəllüdlü Azay Qaraşov atasını ailədaxili münasibətlərin pozulmasına görə öldürdüyünü etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Bildirilib ki, istintaq tədbirləri ilkin olaraq Kürdəmir Rayon Prokurorluğu tərəfindən həyata keçirilsə də, işin materialları Baş Prokurorluğun İstintaq İdarəsinə verilib. Azay Qaraşov ilkin ifadəsində atası Azər Qaraşovun evdə anasına mütəmadi şiddət göstərdiyini və buna görə onu qətlə yetirmək qərarına gəldiyini deyib.

 O da məlum olub ki, hadisə yerinin ilkin müayinəsi zamanı Azər Qaraşovun güllə xəsarətlərindən öldüyü otağın tavanında da güllə izləri aşkar edilib. Müəyyən edilib ki, hadisə vaxtı ata və oğulun olduğu otağa ilk olaraq Azayın bacısı daxil olub. O, qardaşının atasını güllələdiyini görərək onun əlindəki beşatılan adlanan tüfəngi almağa çalışıb. Bu zaman yenidən atəş açılıb və evin tavanına dəyib.

Baş vermiş hadisə ilə bağlı aparılan araşadırmalar zamanı evin tavanındakı güllə izləri, həmçinin digər şübhəli məqamlar kriminalistlərin diqqətini cəlb edib. Bundan sonra davam etdirilən istintaq tədbirləri ilə cinayətin üstünün qısa müddətdə açılması təmin edilib. Ötən gün 24 yaşlı Azay Qaraşov şübhəli şəxs qismində saxlanılıb.
Bu gün Azay Qaraşovun iştirakı ilə hadisə yerinin araşdırılması həyata keçirilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT 
Bakıda yanğın: Ölən var
Kəlbəcərdə ağır qəza: Ölən var

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ