Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92125
az

Tədqiqatçı alimin Bakı ilə bağlı 7,5 bal proqnozu doğrulur?

10:5904 İyul, 2023
322
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, zəlzələdən sonra bir müddət öncə Bakıya qonaq gələn tanınmış türk alim, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngörün proqnozu gündəmə gəlib.

2023-cü ilin mayın 3-cü ongünlüyündə Bakıda səfərdə olan alim yerli mediaya açıqlamasında demişdi ki,Azərbaycanın seysmoaktiv zonada yerləşir:
Ətraflı

"Sizin mənzərəniz, havanız gözəldir. Amma unutmayın ki, bu mənzərə, bu dağlar elə belə yaranmayıb. Bu dağlar zəlzələlər hesabına formalaşıb. İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalardır. Ona görə də Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7,5 bala qədər olma ehtimalı var".

Qeyd edək ki, türkiyəli alimin bu sözlərini AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli təkzib etmiş, hətta "o adında biri" haqda heç vaxt eşitmədiyini demişdi:

"Soruşmaq lazımdır ki, proqnoz verirsən, dəqiq günlərini göstər, biz də əhalini təxliyə edək. Türkiyədə 30 seysmoloq tanıyıram, Cəlal Şəngör adında birini eşitməmişəm. Geoloqdursa, çəkic götürsün, çuxur qazsın, sonra versin laboratoriyaya... Ay geoloq, sənin zəlzələ ilə nə işin var? İstanbuldan gəlmir, istəyir Aydan gəlsin, amma sübut eləsin".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb