Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91923
az

SON  DƏQİQƏ! Prokuror suda öldü - VİDEO

18:0901 İyul, 2023
734
REDAKTORUN SEÇİMİ
  • A

Çuvaşiya Respublikasının prokuroru Andrey Fomin Volqada faciəvi şəkildə  ölüb.

 

Oxu24.com xəbər  verir  ki, faciə "Çebşim"  yarışı zamanı baş verib.

 

Məlumata  görə, Fomin  çimərkən  xəstələnib. Yaxınlıqdakılar  onu tez sudan çıxarıb, ilkin tibbi yardım göstərib və həkimlərə təhvil veriblər. Həkimlərin səylərinə  baxmayaraq  prokuroru  xilas edə bilməyiblər.


"O, kəskin ürək-damar çatışmazlığı nəticəsində dünyasını dəyişib", - mənbə bildirib.

Fominin ölümü ilə bağlı məlumatı Rusiya Federasiyasının Baş Prokurorluğu təsdiqləyib.

“Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Rusiya prokurorluğunun əməkdaşları Andrey Fominin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər”, - deyə prokurorluğun  bəyanatında deyilir.

 

Çuvaşiyada hər il 2200 və 4400 metr məsafələrdə Volqa boyunca Çebşim  üzgüçülük yarışı keçirilir. Andrey Fomin bu yarışlarda əvvələr də iştirak edib.


Andrey Fomin 1992-ci ildən prokurorluq orqanlarında çalışıb. O, Yaroslavl vilayətinin Dzerjinski rayon prokurorluğunda təcrübə keçməkdən Çuvaşiya prokurorluğuna qədər gedib. 2014-2020-ci illərdə Krım prokurorunun birinci müavini vəzifəsində çalışıb.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu videoya baxmadan MARKET QATIĞI ALMAYIN! - Səbəbləri
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Dolmadan narkotik çıxdı - FOTO