Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91714
az

25 minə yaxın çeçen bu qadının tapılmasını TƏLƏB EDİR - Səlimə İsmayılova kimdir?

00:4229 İyun, 2023
658
REDAKTORUN SEÇİMİ
  • A

24 mindən çox Rusiya vətəndaşı 20 yaşlı çeçen Səlimə İsmayılovanın tapılması tələbi ilə petisiya imzalayıb.

Oxu24.com  xarici agentliklərə istinadən xəbər verir ki, həmin qadın məişət zorakılığından qaçsa da bu ilin iyun ayının 12-də Vnukovo hava limanında saxlanılaraq Çeçenistan polisinə təhvil verilib.

O vaxtdan bəri onun harada olması barədə məlumat verilmir.

S.İsmayılova atası tərəfindən döyülməsindən danışıb və atasının onun “bütün sümüklərini sındıracağına” söz verdiyini deyib.

Müraciət müəllifləri S.İsmayılovanın işinin Çeçenistanda deyil, saxlanıldığı yerdə, yəni Moskvada araşdırılmasını tələb edirlər.

Bildirilir ki, Səlimə İsmayılova hüquq müdafiəçilərinin köməyi ilə Çeçenistandakı evindən qaçaraq Almaniyaya uçmağa cəhd edib. O, yaxınları tərəfindən guya evdə oğurluq etdiyi barədə şikayət əsasında saxlanılıb. İsmayılovaya kömək edən “Marem” hüquq-müdafiə mərkəzi qafqazlı qadınların məişət zorakılığından qaçması hallarında oğurluq ittihamları ilə üzləşməsinin adi hal olduğunu bildirir.

Moskvada saxlanıldıqdan sonra S.İsmayılova Çeçenistanın Daxili işlər nazirliyinin Açxoy-Martan rayonu üzrə şöbəsinə aparılıb.

Lakin vəsatət müəlliflərinin sözlərinə görə, vəkillər onu tapa bilmirlər: idarənin əməkdaşları S.İsmayılovanın onlara gəlmədiyini deyirlər. Səlimənin vəkili Anastasiya Tyunyayevaya isə iş materialları ilə tanış olmağa icazə verilməyib.

Məişət zorakılığı Şimali Qafqazın sistemli problemlərindən biridir. Yerli qadınlar ərləri və digər ailə üzvləri tərəfindən tez-tez bu tip şiddətə məruz qalırlar. Bir qayda olaraq, polis belə hallara məhəl qoymur, cinayət işi başlandıqda isə məhkəmələr minimum cəzalar təyin edir.

Son on ildə məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun layihələri Dövlət Dumasına 40 dəfədən çox təqdim edilib, lakin heç bir oxunuşdan keçməyib. 2017-ci ildə Rusiya Cinayət Məcəlləsindən döyülmə maddəsi çıxarılıb və məişət zorakılığına görə yalnız inzibati məsuliyyət təyin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşət yaşandı: Ana uşağın ölümünə səbəb oldu
Model Kəmalə Həsənova faciəvi şəkildə öldü - FOTO
Fərid  Bağırzadə nazir müavini təyin edildi

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü