Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90374
az

Boşandığı qadının avtomobilinə bomba qoyan şəxs tutuldu  — FOTO

18:1106 İyun, 2023
271
REDAKTORUN SEÇİMİ
  • A

Boşandığı qadının avtomobilinə bomba qoydu

Oxu24.com Türkiyə mediasına istinadən xəbər  verir  ki, Çorumda bir müddət yaşayıb ayrılan Hatun Dəmirin maşınının altına bomba yerləşdirən Kadir Karadağ və ona kömək edən Şükrü Gül 14 il 7 ay həbs cəzası alıb.

Hadisə 2022-ci il yanvarın 7-də Ulukavak Məhəlləsi Sakarya 3-cü küçəsində baş verib. Park etdiyi avtomobilinin altına bomba qoyulduğunu anlayan Hatun Dəmir polisə xəbər verib.

Aparat bomba zərərsizləşdirilməsi mütəxəssisləri tərəfindən təhlükəsiz əraziyə aparılaraq detonatorla işə salınıb. Partlayış zamanı 3 avtomobilə ziyan dəyib. Hatun Dəmirin birlikdə yaşadığı və ayrıldığı Kadir Karadağ və ona kömək edən Şükrü Gülün avtomobilə bomba  yerləşdirməsi ittihamı ilə saxlanılaraq həbs edilib.

1-ci Ağır Cəza Məhkəməsində Kadir Karadağ və Şükrü Gülə qarşı 'öldürməyə cəhd' və 'təhlükəli malları icazəsiz saxlama və ya dəyişdirmə' ittihamları ilə 23 ilə qədər həbs cəzası gözlənilən iddia qaldırılıb.

Əvvəlki prosesdə prokuror mahiyyəti üzrə rəy verərək, müttəhimlərin “bomba yerləşdirərək qəsdən adam öldürməyə cəhd” cinayəti ilə cəzalandırılmasını istəyib.

Məhkəmə kollegiyası hər iki təqsirləndirilən şəxsə “öldürməyə cəhd” ittihamı ilə 10 il 10 ay, “icazəsiz təhlükəli maddə saxlamaq” ittihamı ilə isə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, Karadağ 40 min TL, Gül isə 20 min TL cərimələnib.

 

Tərcümə:Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi