Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89814
az

\"Binə Agro\" işçi axtarır - MAAŞ 1200-1300 MANAT 

12:4325 May, 2023
284
  • A

Binə Agro

Satınalma üzrə menecer
 

 Son tarix 24 iyn 2023 - [email protected]

Vəzifə öhdəlikləri nədən ibarətdir?
Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə.
Malların vaxtında çatdırılması və Şirkət çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək, habelə onların icrasını təmin etmək.
Şirkətin gəlir mərkəzlərinin inventar dəyərlərində hər hansı müsbət və ya neqativ dəyişikliklərin bölüşdürülməsini Mühasibatlıq şöbəsi ilə koordinasiya etmək.
İnventar ehtiyatlarının izafi alışı və ya istehlakı haqqında şöbələrə birbaşa xəbər vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.
Statistik məlumatlar və xərclər planını təqdim etməklə, bütün proqnoz və biznes planı üzrə fəaliyyətlərə yardım etmək.
Müxtəlif departament rəhbərlərindən bütün məhsulların və tədarüklərin spesifikasiyalarını əldə etmək və koordinasiya etmək, habelə bazar siyahıları ilə onların sənədlərini aparmaq.
Şirkətdə fəaliyyət göstərən hər bir şöbənin tələblərə, habelə müəyyən edilmiş standartlara müvafiq olaraq ən sərfəli qiymətlərlə mal və xidmətləri əldə etməsini təmin etmək.
Mərkəzi Ofisin və şirkətin bütün siyasətləri, prosedurları və minimal standartlarına riayət edilməsini təmin etmək.
Bütün yazışmaları, danışıqları və təchizat prosesini prosedurlara uyğun aparmaq.
Kataloqlar, qiymətlərə dair istinad məlumatlarının kitabxanasını aparmaq və satınalmalar üzrə arxiv sənədlərini qoruyub saxlamaq. Tədarük sorğuları və müvafiq sənədlər ilə birgə təchizatçıların ümumi sənədlərini qoruyub saxlamaq.
Şirkətin rəhbərliyi səviyyəsində keçirilən və digər şöbədaxili iclaslarda iştirak edərək rəhbər və işçiləri bazar tendensiyaları və müxtəlif təchizat proseslərinin statusu ilə tanış etmək.
Tələblər:   
Müvafiq və ya bənzər sahə üzrə Ali təhsil 
Kənd təsərrüfatı, istixana və ya bənzər sahə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi
MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti; 
Dil bilikləri: Azərbaycan dili səlis, rus arzuolunandır 
İş şəraiti:
6 günlük iş qrafiki.
İş vaxtı 9.00-dan 18.00-dək  
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə  
Əmək haqqı 1200-1300 AZN 
Uyğun namizədlər CV-lərinizi mail ünvanına göndərin.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü