Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89496
az

Xörək Duzunu Yatanda DİZİNİZƏ QOYUN! - 90% İnsan bunu bilmir

13:5420 May, 2023
365
REDAKTORUN SEÇİMİ
  • A

Zaman keçdikcə, qədimdən bəri, bir çox xəstəliklərə qarşı istifadə olunan sınanmış vasitələr unudulmağa başladı. Məsələn; duzla təpitmələr, vannalar və yuma prosesi... Duz gəlirli deyil, ona görə də, televiziyada bu effektiv vasitənin reklamı ilə qarşılaşa bilməzsiniz. Təbii ki,  manatlıq duz böyük dərman firmaları ilə mübarizədə uduzur. Ancaq çətin zamanlarda, həqiqətən, təsir edən və sadə vasitə lazım olanda duz, sözün əsl mənasında, yaşamağa kömək edir. 1941-1945-ci illərdə hərbi əməliyyatlarda iştirak edən tibb bacısı 2002-ci ildə qəzetə müsahibəsində hərbi cərrah Şeqlovun dahiyanə müalicə metodundan danışmışdı. Bu cərrah hətta ən ağır yaralı əsgərlərin belə, tezliklə ordu sıralarına qayıtmasına nail olmuşdu. Bütün bunlar II Dünya Müharibəsi zamanı çətin şəraitdə baş vermişdi. Cərraha bunun üçün yalnız duz lazım olmuşdu. O, öz sirrini köməkçi tibb bacısı ilə bölüşmüşdü. Tibb bacısı isə bütün ictimaiyyətə açıqladı. Əgər onu eşidən olsaydı! 
 Adi xörək duzu müalicəvi xüsusiyyətlərə malikdir. Ancaq oxşar effekti ingilis duzu da göstərir. Onu, həmçinin, maqnezium da adlandırırlar. Bir vaxtlar o, İngiltərədə çox məşhur idi. Duzu həm daxilə qəbul edirdilər, həm də xaricə tətbiq edirdilər.Birinci halda,  dozaya əməl edilməsi  vacibdir. Çünki duzun miqdarının yeməkdə çoxluğu ziyanlıdır. Kompreslər, duz vannaları, burun-boğaz üçün, üzü qırışlardan təmizləmək üçün duzlu məhlullar... Bütün bunlar tarixin sınağından çıxmış reseptlərdir. 
 Şeqlovun xəstələr üzərində tətbiq etdiyi metodlar möcüzələr yaradıb. Yaralanmış əsgərin yaraları, parçalanmış, kirli və yüksək infeksiya riskli olur. Hərbi çadırda bu cür parçalanmış yaraları ən qısa zamanda necə təmizləmək olar?  Bunun üçün cərrah tənzifi tərkibində bol miqdarda duz olan məhlula salır və həmin tənzifi yaralanmış nahiyəyə qoyurdu. Üstündən 3-4 gün keçdikdən sonra yaralarda çirk yığılması dayanırdı və təmizlənirdi. Dərinin rəngi açılırdı. Həmçinin, qızdırma kimi 2-ci dərəcəli simptomlar da yoxa çıxırdı. Bütün bunlar onu deməyə əsas verirdi ki, bədən infeksiyadan azad olub. 5-6 gündən sonra əsgərlər arxa cəbhəyə göndərilirdi. 
 Duz məhlulundan istifadə böyük potensiala malikdir.  Yazılı mənbələrdə bu üsulla bir çox xəstəliklərin sağalması barədə məlumata rast gəlinir: kariesdən tutmuş, xərçəngin ilkin mərhələsinə qədər... 
Yanıqlar, xolesistit, nefrit, xroniki appendisit, revmokardit, ağciyərlərdə  qrip sonrası  iltihabi proseslər, oynaq revmatizmi, osteomielit, inyeksiyadan sonrakı şişkinliklər-bütün bu xəstəliklərdə duzlu kompres və yaxud təpitmə etmək effektivdir.  Müalicənin kökündə duzun əsas xüsusiyyəti dayanır: hidroskopiklik... Başqa sözlə,  duz çirki,  nəmi özünə çəkir. Bu zaman isə eritrositlərə və leykositlərə, həmçinin, canlı hüceyrələrə toxunmur. 
 Yara yerində mayelərin çoxluğu bakteriyaların və digər patogenlərin artımına səbəb olur. Duz bu prosesin qarşısını alır. Sadə misallarla duzun necə işlədiyini göstərmək mümkündür. Sizə venadaxili və əzələdaxili dərman kursu yazıblar, bir neçə gündən sonra iynələrin yerində şişkinlər yaranıb.  Əgər müalicə etməsən, ən yaxşı halda o, uzun müddət ağrıyacaq. Pis halda isə, içində çirk olan torbaya çevriləcək. Bütün xəstəxanalarda iynədən yaranan şişlərə maqnezium  və ya duz kompresi qoyulur. Bu kompreslər 2-3 günə sürətlə şişi sorur və ağrını aradan qaldırır.  Yenə hər şeyin səbəbi duzun patogen mikrofloralı mayeni özünəçəkmə xüsusiyyətidir. 
 Duz sarğısının yaxşı təsir göstərməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır.  
1.Duzlu məhlul konsentrasiyalı olmalıdır, ancaq 10%-i keçməməlidir. Əgər bu göstəricidən yüksək olsa, kompres qoyduğunuz yerdə kapillyarların dağılması müşahidə edilə bilər. 
2.Yalnız dörd qat qatlanmış  təbii pambıq və ya kətan parçalardan istifadə edin. Ən yaxşı material cuna və ya tənzifdir; bunları da səkkiz qat qatlamaq lazımdır.  
3.Məhlulu hazırlayarkən qaynar sudan istifadə edin ki, bədənə ilıq halda təmas etsin. 
 4. Kompresdən öncə, zədəli nahiyədə dərinin qırışıqlığını açın. Tənzifi doladıqdan sonra leykoplastrla bağlayın. 

Soyuqdəymə və qripin ilkin simptomlarında, həmçinin, baş ağrılarında  başınıza və boynunuza duzlu kompres qoyun. Burun axmasında dairəvi kompres də kömək edər. Burundakı tıxanıqlıq 1 saata yoxa çıxacaq. Güclü miqren əziyyət verirsə, duzlu kompresi bütün gecə başınızda saxlayın.  Əgər siz xəstəliyin ilk gününü etinasız şəkildə keçirdinizsə, artıq öskürək başlayıbsa, o zaman təkcə başınıza deyil, kürəyinizə də duzlu kompres qoyun. Kürək üçün kompresi duzlu məhlulda isladılmış məhrəba ilə eləmək lazımdır.  Bu zaman bir məqama diqqət etməlisiniz: məhrəbanın yarısını duzlu məhlula batırın. Yarısı quru qalsın. Sonra dörd  qatlayın, elə edin ki, bədənə məhlula batırılmış hissə təmas etsin. Bunu bütün gecə bədəninizdə saxlayın. Müalicə müddəti 4-5 gündür. Daha qısa müddətdə özünüzü yaxşı hiss etsəniz, müalicəni dayandırın.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT 
Bakıda yanğın: Ölən var
Kəlbəcərdə ağır qəza: Ölən var

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ