Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89182
az

Hərbçilərimiz faciəli şəkildə öldü

10:1316 May, 2023
333
REDAKTORUN SEÇİMİ
  • A

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

 

O bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi barədə məlumat daxil olub:

 

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.


 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev “Mercedes-Benz” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüblər”.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı həlak olan şəxslərin hər ikisi hərbçi olub. Onlardan biri Müdafiə Nazirliyinin giziri, digəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu videoya baxmadan MARKET QATIĞI ALMAYIN! - Səbəbləri
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Dolmadan narkotik çıxdı - FOTO