Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89103
az

Ərdoğan nəticələrlə bağlı açıqlama verdi

09:1815 May, 2023
407
REDAKTORUN SEÇİMİ
  • A

“Seçkilərin nəticələri bilinməsə də, çox irəlidə olduğumuzu söyləyə bilərəm”.

“Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında bildirib.

O, Türkiyədə demokratiya bayramının tamamlandığını vurğulayıb.

“Türkiyə bu seçkilərlə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu bir daha sübuta yetirib”, - Ərdoğan əlavə edib. "Bu seçkilərdə vəzifələrini layiqincə yerinə yetirən hər kəsə təşəkkür edirəm. Üstəlik, öz gələcəyi üçün seçiklərdə rekord sayda iştirak edən ölkə vətəndaşlarımıza minnətdaram. Bu seçkilərdə qazanan tərəf ölkəmiz və xalqımız olub", - o vurğuylayıb.

"Hazırda ölkəmizdəki prezident seçkilərinin bitib-bitmədiyini bilmirik. 50 faizdən çox səs toplayaraq bu turu bitirəcəyimizə inanırıq. Çünki xaricdəki vətəndaşlarımızın səsləri hələ tam olaraq sayılmayıb. Seçki prosesinin şəffaflığına heç bir zərbə gəlmədən bu seçimləri tamamlaya biləcəyimizdən əminəm",- Türkiyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, bu gün Türkiyədə keçirilən seçkilərin bənzəri yoxdur: "Şükürlər olsun ki, heç bir xoşagəlməz hadisə yaşanmadan seçkiləri tamamladıq. CHP rəhbərləri və bəzi bələdiyyə sədrlərinin öz maraqlarını güdmələri bu gərçəkləri dəyişmir. Ölkəmiz seçki sisteminin güvənliliyi baxımından dünyaya örnək ola bilər. Heç kimin bunu öz siyasi ambisiyaları üçün pozmağa haqqı yoxdur. Biz hər zaman milli iradənin seçiminə hörmət etmişik və bundan sonra da hörmət edəcəyik".

 

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı