Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88881
az

Qonşunun evini 58 min manata satdı, həbs edildi (VİDEO)

20:1412 May, 2023
250
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda qonşusunun evini öz evi kimi təqdim edərək satışa çıxaran şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” məlumat yayıb ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 1978-ci il təvəllüdlü İlqar Hacıyev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, İlqar Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən kompleksdə 2-ci mərtəbədəki mənzildə yaşayıb. 2021-ci ildə yuxarı mərtəbədən su sızdığı üçün ev sahibi İlkin mənzilinin açarını İlqara verib və hər hansı problem yaranarsa, dərhal müdaxilə etməsini xahiş edib. Bundan sonra İlqar qonşusuna məxsus evi sataraq pul əldə etmək qərarına gəlib. Bu məqsədlə o, bir neçə nəfərə 60 min manata təmirsiz mənzil satdığını deyib.

Bir neçə gün sonra Oqtay adlı şəxs həmin evi oğluna almaq istədiyini bildirib və İlqarla əlaqə saxlayaraq oraya gəlib.

Mənzildə olarkən tərəflər 58 min manata razılaşıblar. İlqar evdə bəzi kommunal problemlərin olduğunu, həmçinin çıxarış əldə edilməli olduğunu deyib və Oqtaydan ona etibarnamə verməsini xahiş edib.

O, 58 min manatın 20 mininin dərhal, 30 min manatın çıxarış əldə edilərkən, yerdə qalan 8 min manatın isə 8 ay ərzində hər dəfə 1000 manat olmaqla verilməsinə razılaşıb. Tərəflər Nərimanov rayonu ərazisində görüşərək notariusda İlqarın adına etibarnamə veriblər. Həmin vaxt mənzilin saxta sahibinə 20 min manat ödənilib.

Lakin daha sonra dələduzluq əməlinin üstü açılıb və Oqtay Məmmədov polisə müraciət edib. Məhkəmədə İlqar Hacıyev törətdiyi əməli etiraf edib. O, əldə etdiyi 20 min manat pula avtomobil ehtiyat hissələri aldığını deyib və imkanı olmadığı üçün vəsaitin 2 min manatını geri qaytardığını bildirib.Zərərçəkən tərəf isə İlqara verdikləri puldan 18 min manatın hələ qaytarılmadığını bildirib və ondan şikayətçi olub.

Nərimanov Rayon Məhkəməsinin 10 may tarixli hökmü ilə İlqar Hacıyevə 2 il həbs cəzası verilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi