Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88340
az

Bakıda axtarışa verilən polis görün kimdir  -  FOTO

19:2303 May, 2023
395
  • A

Bakıda piyadanı vuraraq öldürən polis əməkdaşı axtarışa verilib.

Bakı şəhər Baş Polis İdarəsindən Oxu24.com-a verilən məlumata görə, Nicat Əfqan oğlu İbrahimli Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir.

Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru olmuş Nicat İbrahimli bir neçə il əvvəl ölümlə nəticələnən yol qəzası törədib. O, idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub.

Nəticədə piyada ölüb.  

Nərimanov rayon məhkəməsi N.İbrahimlinin barəsində bəraət hökmü çıxarıb.

Lakin sonradan zərərçəkənin ailəsinin şikayəti əsasında məhkəmə onun həbsinə qərar verib. Lakin N.İbrahimli qaçaraq istintaqdan yayınıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı