Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88273
az

Polis bu şəxslə bağlı əhaliyə müraciət edib

14:5202 May, 2023
129
REDAKTORUN SEÇİMİ
  • A

Metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafından 9 ədəd velosiped oğurlayan şəxs saxlanılıb.

Bu barədə Oxu24.com-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ayda metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafında ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 9 ədəd velosiped oğurlayan, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Babək Abdullazadə tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, Babək Abdullazadə üzərində gəzdirdiyi kəsici alətlə velosipedlərin bağlanma vasitələrini kəsərək onları ələ keçirib və pul müqabilində müxtəlif şəxslərə satıb. O, oğurluq nəticəsində əldə etdiyi maddi vəsaitləri isə şəxsi ehtiyaclarına ödəyib. Babək Abdullazadədən maddi sübut qismində oğurladığı velosipedlərin bir qismi aşkar olunaraq götürülüb.

Qeyd edək ki, onun oğurluq etməsi inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

Babək Abdullazadə barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nərimanov Rayon Polis İdarəsinə, 16-ci Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hava ilə bağlı XƏBƏRDARLIQ
Baş nazir Kəlbəcərlə bağlı qərar imzalayıb
Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT 

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi