Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88194
az

Meyxanaçılar məhkəməyə gəldi  - FOTOLAR

16:0801 May, 2023
108
REDAKTORUN SEÇİMİ
  • A

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

APA-nın məhkəmədə olan əməkdaşı xəbər verir ki, meyxanaçının sənət yoldaşları - Orxan Lökbatanlı, Baləli Maştağalı, Ruslan Müşfiqabadlı prosesdə iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gəliblər.

Bu gün prokuror ittiham aktını elan edəcək, Rəşad Dağlı ifadə verəcək.

Qeyd edək ki, hadisə 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naibə  Quliyevanın meyiti tapılıb
Meyiti tapılan qadın görün kimdir
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO