Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87539
az

Ucarda dəhşətli anlar: Özünü öldürmək istəyən şəxs kimdir? - VİDEO

09:2321 Aprel, 2023
299
REDAKTORUN SEÇİMİ
  • A

Ucarda intihara cəhd olub. Rayon sakini, 1976-ci il təvəllüdlü Saqi Məmmədhəsən oğlu Hüseynov Ucar dəmir yolu vağzalında 15-20 metr hündürlüyündə olan dəmir qurğuya  çıxıb və özünü ataraq intihar edəcəyini bildirib. 

Saqi Hüseynov bu addımını, işlədiyi Ucar rayon Kommunal Təsərrüfat İdarəsində işdən qanunsuz azad olunması ilə əlaqələndirib. 

Bir müddət dəmir qurğununn hündür hissəsində qalan şikayətçi sonradan aşağı enib. 

Sözügedən müəssisənin müdiri Asəm Kərimov Saqi Hüseynovun Dost İş Mərkəzi tərəfindən müqavilə əsasında işə götürüldüyünü və müqavilə müddətinin bitdiyini bildirib. Bu səbəbdən də onun əmək fəaliyyətinə xitam verilib. 

İdarə rəhbəri Saqi Hüseynova yenidən işlə təmin olunmaq üçün rayon məşğulluq mərkəzinə müraciət etməyi məsləhət görüb. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏTLİ OLUN! Bu məlumatı verən şəxsə 2000 manat mükafat veriləcək (VİDEO)
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ!
Elşad Nağıyev saxlanılıb

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR