Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87512
az

Tik-tokda söyüş söyən uşağa görə həbs olunan şəxs kimdir?

19:5820 Aprel, 2023
442
REDAKTORUN SEÇİMİ
  • A

Azyaşlının söyüş videosunu yayan şəxs həbs olunub.

Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

Onun sözlərinə görə, Ağcabədi rayonunda azyaşlı uşağı nalayiq söyüşlər söyməyə təhrik edərək həmin görüntülərin sosial şəbəkə hesabında paylaşılması ilə bağlı daxil olan məlumatlar rayon polis şöbəsində araşdırılıb. Araşdırmalarla görüntüləri sosial şəbəkə hesabında paylaşan rayonun Hüsülü kənd sakini Samir Ələsgərov müəyyən edilib. O, şöbəyə dəvət olunub, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

S.Ələsgərov məhkəmənin qərarına əsasən, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Müdafiə Nazirliyi açıqlama yaydı: 30 yaşınadək hərbi vəzifəlilər mayın 13-dən...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər