Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86918
az

Bədəndə QIRMIZI NÖQTƏLƏR Niyə Təhlükəlidir?- VİDEO

00:0714 Aprel, 2023
277
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün sizə dəridə peyda olan qırmızı nöqtələrdən danışacağam. Onların yaranma səbəbləri, prosesin necə baş verməsi və təhlükələri haqqında məlumat almaq istəyirsinizə, videonu sonadək izləyin.  Çünki videoda angioma adlanan qırmızı nöqtələrin ev şəraitində müalicə edilməsi haqqında da məlumat verəcəyəm. 

Dəridəki angiomalar “xoşxassəli şiş”dirlər. “Angioma damarların anomaliyasıdır” desəm, daha sadə dillə izah etmiş olaram.  Bu hal qan damarlarında və ya limfa damarlarında müşahidə edilə bilər.   Dəridə olduğu kimi, daxili orqanlarda da yaranırlar. Angioma 1 ədəd də ola bilər, çoxlu sayda da.  Eyni nahiyədə angiomaların sayı çoxdursa, bu, angiomatoz`dur. 
Qan damarlarının  xoşxassəli şişləri hemangioma adlanır.  Bunların rəngi qırmızıdır. Limfangioma isə limfa damarlarının xoşxassəli şişləridir. 
Angiomalar insan dərisinə səpilmiş çəhrayı dənəcikləri xatırladır. Bu anomilayanın, konkret olaraq, hardan peyda olduğunu alimlər  açıqlaya bilmir.  Daha çox, 7 yaşadək uşaqlarda rast gəlinir.  Angiomalar üzdə, aşağı ətraflarda və kürəkdə sıx şəkildə peyda olur. 

Səbəbləri: 
Peyda olmalarında əsas rol genetikanındır. Yaxud embriogenez dövründə damarların işində yaranan hər hansı problemdən qaynaqlana bilər. Bir insanda yaranan proses genetik olaraq, sonrakı nəsilə ötürülə bilir. Bundan başqa, araşdırmalar sayəsində indiyədək bəzi səbəblər də ortaya qoyulub. Bunlara  çoxdöllü hamiləlik (məsələn; əkiz, üçəm və s.), doğuş zamanı alınan travmalar, hamiləlik dövründə gələcək ananın siqaret çəkməsi,  hamilə qadının yaşının 40-dan çox olması, erkən doğum daxildir.  Bundan əlavə, bəzən dərinin zədələnməsi, hormonal pozğunluq, xroniki xəstəliklər zamanı da angiomaların peyda olması faktları var. 
Böyüklər arasında da  angiomaya rast gəlmək nadir hadisə sayılmaz. 

Uşaqlarda angiomanın müşahidə edilməsi. 
Dediyim kimi, əksər hallarda uşaqlar anadan elə angioma ilə doğulur.  İlk dövrlərdə o da uşağın bütün orqanizmi kimi, böyüməyə davam edir. Sonra onun böyüməsi dayanır. Varolma səbəbini təxmin etmək çox çətindir. Bəzən angioma zamanla rəngsizləşir, hətta tamamilə yoxa çıxır. Maraqlıdır ki, şişlər, əksərən,bir-birindən fərqlənir. 1 dənə də ola bilər, onlarla, yüzlərlə də. Həcmləri 2-3 mm-dən böyük olmayanlar da var, daha böyük olanları da. 
 
Xəstəliyin simptomları. 
Hemangioma qan damarlarından qaynaqlandığına görə, rəngi qırmızı olur.  O, dəridə olduğu kimi, daxili orqanlarda da peyda ola bilər. Adətən, bu xoşxassəli şişlər insana həyatını yaşamaqda heç bir maneə törətmir.  Nadir hallarda hansısa orqanın, ya da ümumiyyətlə oqanizmin həzmetmə və nəfəsalma funksiyasını poza bilir. 

 Angiomaların fərqlilikləri. 
 Angiomaların 2 əsas tipi var: 
1. Hemangioma. –artıq bildiyiniz kimi, qan damarlarından qaynaqlanır. 
2. Limfangioma.-limfa damarlarından qaynaqlanır.   Hemangiomadan fərqli olaraq, xarici səthdə, yəni, dəridə daha çox rast gəlinir. 
Hemangiomanın tipləri: 
1) Kapillyar hemangioması. Ən çox rast gəlinən tip budur. Yumru formada, qırmızı rəngdə olur. Ölçüləri müxtəlifdir. Həkimlər deyir ki, bu cür hemangioamalar müşahidə edilməlidir. Beləcə, onun bədxassəli olub-olmadığı müəyyənləşər.  Əgər hemangioma sürətlə böyüyür və arada qanaxma verirsə, həkimə müraciət etmək lazımdır. 
2) Kavernoz hemangioma.  İri damarlardan qaynaqlandığına görə, özü də damarlardan və “kaverna” adlanan boşluqlardan ibarət olur. Ətrafındakı dəriyə nisbətən yüksək temperatura malikdir. 
3) Şaxəli hemangioma.  Diametri böyükdür. Nadir rast gəlinən tip olmasına baxmayaraq,  təhlükəlidir. Belə ki,  şaxəli hemangioma mövcuddursa, demək, damarlar hər an partlamağa, nəticədə, qanaxma baş verməyə  hazırdır. 
4) Kombinəli hemangioma.  Həm dəridə, həm də daxili orqanda ola bilər. Burda əsas məqam hemangiomaların arasındakı əlaqədir. 
5) Qocalıq tipi.  Orta yaşdan sonra dəridə peyda olan yumru, bir az da rəngi tünd hemangiomalardır. Onlar çox nadirən çəhrayı rəngdə olur. 
Limfangiomanın tipləri: 
1) Sadə limfangioma. Ağrısızdır. Ağız nahiyəsində yaranma ehtimalı böyükdür. Limfa mayesi ilə dolu olur.  Dərinin və dərialtı toxumaların limfa damarlarından qaynaqlanır. 
2) Kavernoz limfangioma. Limfa damarları arasında çəpərlər olduğunu təsəvvür edin. Bu çəpərlər kavernalardır. 
3) Kistoz limfangioma. Limfa damarlarında və daxili orqanlarda yaranır. Maye ilə doludur. Həqiqətən də, onlar digər toxumalardan fərqlənir. Eyni nahiyədə 1 ədəd, yaxud bir neçə dənə peyda ola bilir. 
Diaqnostika. 
Dəridə angiomanın olub-olmamasını bilmək o qədər də çətin deyil. Onların xarakterik görünüşləri və lokalizasiyaları  haqqında danışdım. Yenə də, dəqiqləşdirmək üçün həkimə baş vurmaq şansınız var. Ultrasəs müayinəsi və ya kompüter tomoqrafiyası ilə dəqiqləşdirmələr aparılır. Ultrasəs müayinəsi daxili orqanlardakı angiomaların aşkarlanması üçün vacibdir.  Nadir görünən sümük angiomaları isə rentgenoqrafiya vasitəsilə aşkar edilir.  Dolayısı ilə, hər bir nahiyədəki angiomaların aşkarlanması üçün mütləq mütəxəssisinə müraciət etmək lazımdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda şagird məktəbdə öldürüldü
Azərbaycanda məşhur qadın müğənnilər eyni kişiyə ərə gedibmiş - VİDEO
Səfərbərlik Xidməti həkim və tibb işçiləri axtarır - VAKANSİYALAR

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO