Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86788
az

"Nərmin işi"ndə şok detal: Kəsilən saç kimin olub?

19:0612 Aprel, 2023
295
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu24.com-un  məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Tovuz rayon Dondar Quşçu kənd sakinləri Vəliyev Tofiq Qara oğlu, Süleymanov Rüstəm Əli oğlu və Əliyev Gündüz Saleh oğlu ifadə veriblər.

T.Vəliyev bildirib ki, meyit tapılan zaman yerdə yarımçıq yanan bir neçə kibrit çöpləri olub.

Vəkillər isə bildiriblər ki, istintaq materiallarında meyitin yanında sadəcə bir kibritin aşkarlandığı qeyd olunub.

Daha sonra R.Süleymanov və G.Əliyev şahid qismində ifadə veriblər.

Onlar deyiblər ki, N.Quliyevanın yaşadığı evin həyətinin yol tərəfdə olan hissəsində kəsilmiş saç görüblər. Bu zaman qızın atası bildirib ki, toydan bir müddət öncə Nərminin saçını kəsdirib ora tullayıblar.

Vəkillər isə bildiriblər ki, bu haqda da istintaq materiallarında qeyd yoxdur.

Növbəti məhkəmə iclası aprelin 19-na təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi