Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85937
az

Qar yağacaq  - XƏBƏRDARLIQ

19:3830 Mart, 2023
795
REDAKTORUN SEÇİMİ
  • A

Martın 30-u axşamdan aprelin 1-i günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, martın 31-i gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir.

Martın 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti aprelin 3-ü səhərədək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Bundan başqa, martın 30-da Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb