Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84468
az

Azərbaycanlı idmançı "xüsusi təhlükəli cinayətkar" kimi həbs edildi (FOTO)

23:4811 Mart, 2023
125
REDAKTORUN SEÇİMİ
  • A

Rusiyada Azərbaycandan olan xüsusi təhlükəli cinayətkar saxlanılıb.

Oxu24.com  xəbər verir ki, o, avtomobili yoxlamaq üçün Moskva dairəvi yolunda dayanmaq tələbinə məhəl qoymayıb. Bundan sonra polis qanun pozucusunu təqib etməyə başlayıb. Cinayətkar avtomobili yaşayış evlərinin birinin yaxınlığında qoyaraq qaçmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq atəşi açaraq onu dayanmağa məcbur ediblər.

Polis axtarış zamanı cinayətkarın üzərində silah tapıb. Məlum olub ki, həmin şəxs eyni vaxtda bir neçə ölkədə axtarışda olan Cabbar Yusifidir. Onun adı Ukrayna vətəndaşının qəsdən öldürülməsinə görə "Interpol”un məlumat bazasındadır. Bundan əlavə, 29 yaşlı gəncin adı qanunsuz silah saxladığı üçün Rusiya bazasında qeydiyyatdadır.

Xatırladaq ki, Cabbar Yusifi Ukraynanın Dnepropetrovsk şəhərində 2021-ci il aprelin 22-də nümayişkaranə qətl həyata keçirib. Belə ki, 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu azyaşlı uşağının yanında güllələyərək, hadisə yerindən qaçıb.

Cabbar Yusifi özü peşəkar idmançıdır, dəfələrlə əlbəyaxa döyüş və yunan-roma güləşi üzrə yarışlarda iştirak edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı