Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83756
az

Kərbəlayi Səbuhi məhkəmə zalında öldü

13:2703 Mart, 2023
155
  • A

Sosial şəbəkələrdə “Hüseynçi” ləqəbi ilə tanınan və bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum edilən Kərbəlayi Səbuhi (Səlimov) vəfat edib.

Oxu24.com  xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Kərbəlayi Səbuhinin bir müddət idi aclıq aksiyası keçirdiyi bildirilirdi.
 

Mərhumun ailəsi “Amerikanın səsi”nə bildirib ki, S. Səlimov ötən gün Bakı Apellyasiya Məhkəməsində vəfat edib. Belə ki, hakim Həsən Məmmədovun sədrliyi ilə keçirilən iclasda S.Səlimov barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Bundan sonra o, ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, S. Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib.

S. Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
TƏCİLİ! Sərhəddə zəlzələ oldu

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ