Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83666
az

İran aradan götürüb? – Hacı Şahinin ölümü ilə bağlı ŞOK İDDİA

10:3702 Mart, 2023
3530
REDAKTORUN SEÇİMİ
  • A

Tanınmış ilahiyyatçı, din xadimi Hacı Şahinin vəfat etməsi barədə xəbər ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Sağlam həyat tərzi keçirən orta yaşlı (48 yaş) bir tanınmış adamın birdən-birə vəfat etməsi istər-istəməz şübhələrə yol açır.

Ölkəmizdə sevilən, dinlənilən, fərqli və müsbət obrazda qəbul edilən din xadiminin vəfatının rəsmi səbəbi infarktdır.

Yaxınları onun sübh namazına qalxarkən ürək tutmasından dünyasını dəyişidiyini bildiriblər. Ancaq ortalıqda şübhə və sual doğuran nüansalar var: Hacı Şahin indiyədək ürəyindən şikayətçi olmuşdumu, həkimə müraciət etmişdimi, müalicə almışdımı?

Əgər bu, ilk ürəktutmasıdırsa, o zaman onun ağır nəticələr verməsi ehtimalı azalır. Məlumdur ki, beynəlxalq şpionajda istifadə olunan modern preparatlar var, onların vasitəsilə arzuedilməz şəxslərin səhhətində geridönməz proseslər başladıla bilir, xüsusilə də həmin preparatlar kəskin ürək çatışmazlığına səbəb olur və özündən sonra heç bir iz buraxmır. Ona görə də son vaxtlar gərginləşmiş İran-Azərbaycan münasibətlərinin fonunda İranın təsir dairəsində olmayan, eyni zamanda böyük tərəfdar kütləsi olan, dövlətçilik mövqeyindən çıxış edən bir din xadiminin qəfil ölümünün İranın kşfiyyat orqanlarının işi ola biləcəyini düşünənlər var.

Sui-qəsd ehtimalını qabardanlar belə hesab edirlər ki, bu məsələdə iki məqam güdülə bilər:

1. İran özünə bağlı olmayan və İranmeylli dindarların səfini pozan şəxsi aradan götürür;

2. Ümumilikdə dindarların bu qəsdi yerli hökumətin üstünə atması üçün bəhanə verir. Hər halda bu üstündən keçiləsi hadisə deyil, ciddi araşdırmalar aparılmalı, açıq nəticələr ortaya qoyulmalı və ictimaiyyətə açıqlama verilməlidir. Musavat.com

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı