Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83082
az

Hər ay işsizlərə 200 manat verilir? - Rəsmi cavab

13:5820 Fevral, 2023
133
REDAKTORUN SEÇİMİ
  • A

Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Rəsmi məlumatda bildirilib ki, hazırda “Məşğulluq haqqında” qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil: “Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız qanunla nəzərdə tutulan hallarda ödənilir. Yəni, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçuların sayı, ştatların ixtisar edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilibsə onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər.

Bu hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciət edərək qeydiyyata düşə bilər. Bir daha qeyd edirik ki, yayılan məlumatlarda qeyd edildiyi kimi, işsiz kimi qeydiyyatda olan şəxslərə hər hansı ödənişin verilməsi məsələsi gündəmdə deyil. Vətəndaşlardan ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyan bu dezinformasiyalara inanmamağı, yalnız rəsmi məlumatları əsas götürməyi xahiş edirik”.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var