Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82755
az

Faydalarını biləndən sonra qoz qabığını zibil qabına atmaycaqsız!

11:3315 Fevral, 2023
595
REDAKTORUN SEÇİMİ
  • A

Qozun faydaları haqqında çox danışmışıq. Bəs, qoz qabığının orqanizmin sağlamlığına təsiri nədən ibarətdir?

Hər nə qədər qozun vətəni Orta Asiya sayılsa da, Avropaya onu yunanlar tanıdıb. Hələ qədimdən insanlar qozun faydaları haqqında məlumatlı idilər. Hərbi həkim olan Dioskorid öz qeydlərində qozun müalicəvi əhəmiyyətindən bəhs edib.

Bərk və nataraz olan qoz qabığı sağlamlığa faydaları baxımından heç də qozun ləpəsindən geri qalmır. Onun tərkibində kalium, maqnium, yod, sink, dəmir, proteinlər, alkaloidlər, A, B, C, A vitamini, karbon turşuları, taninlər, liflər, az miqdarda zülal və yağ da var. Bu zəngin tərkibi sayəsində qoz qabığı min illərdir ki, xalq təbabətinin bir hissəsidir.

Qoz qabığından hazırlanan vasitələr nəyə faydalıdır? 1. Ağız boşluğunun sağlamlığı üçün. Qoz qabığı ağızda pis qoxuya səbəb olan zərərvericiləri məhv edir. Damaqlarda qanaxmanın qarşısını alır, ağız xoralarının-stomatitin sağalmasını sürətləndirir. Dişlərdə ərp örtüyünün və saralmanın əmələ gəlməsinə mane olur. Qoz qabığından hazırlanan məhlulu diş fırçasının üstünə tökün və 15 dəqiqə saxlayın. Sonra 3-5 dəqiqə həmin fırça ilə dişlərinizi intensiv şəkildə fırçalayın. Yaxşı olar ki, prosesi gün ərzində bir neçə dəfə təkrarlayasınız. Gün keçdikcə dişlərinizin bəyazlaşmasının şahidi olacaqsınız. Qoz qabığından hazırlanan məhlulla ağız boşluğunu yaxalamaq da olar. 2. Hipertoniya zamanı. Qoz qabığının tərkibində kumarin var ki, o, heç bir dərmanın köməyi olmadan qan təzyiqinin normallaşmasına kömək edir. Amma unutmaq olmaz ki, məhlulun hazırlanmasında alkoqollu maddədən istifadə olunur. Buna görə də, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək yaxşıdır. 3. Dəri xəstəliklərinin müalicəsində. Kəsiklər, cızıqlar, həşərat dişləmələri, eqzema kimi dermotoloji problemlər, hətta saç tökülməsi zamanı qoz qabığından hazırlanan məhlul müsbət təsir edir. Dəridəki qızartını və qaşınmanı yox edir, epidermisin sürətli bərpasını dəstəkləyir. Bunun üçün qoz qabığı külünü bitki yağı ilə qarışdırmaq, yaxud bir neçə damcı balıq yağına qatmaq, alınan vasitəni zədəli nahiyəyə çəkmək, üstündən steril tənzif ilə sarıyaraq 2 saat gözləmək lazımdır. 4. Ginekoloji və sidik yolları xəstəlikləri zamanı. Bu hallarda məhlul daxilə qəbul edilməlidir. 5. Trombozun, aterosklerozun profilaktikasında və damarları təmizləmək məqsədilə, həmçinin, şəkərli diabet və soyuqdəymə zamanı istifadəsi. Bu zaman 1 xörək qaşığı məhlulu yarım stəkan suya qatın, gündə 2 dəfə yeməkdən əvvəl için. 6. Kosmetologiyada istifadəsi. Qoz qabığı məhlulunun köməyilə saçları möhkəmləndirmək mümkündür. Bunun üçün ayda 1-2 dəfə saçları qoz qabığı məhlulu ilə yumaq yetərlidir. Həmçinin, üyüdülmüş qoz qabığı skrab əleyhinə və antisellüloz vasitə kimi də istifadə edilir. Bu vasitəni evdə hazırlamaqla yanaşı, hazır şəkildə almaq da olar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı