Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82097
az

"Azərbaycanda influenza virusu yayılıb"- XƏBƏRDARLIQ

15:3008 Fevral, 2023
129
REDAKTORUN SEÇİMİ
  • A

“Soyuq havalarda hava-damcı yolu ilə keçən virus infeksiyalarının yayılmasına münbit şərait yaranır. Nəzərə almaq lazımdır ki, insanlar soyuq havada qapalı məkanlara toplaşırlar. Bu da xəstələnmə hallarını artırmış olur. Çünki soyuq havada insan orqanizminin immuniteti aşağı düşür”.

Oxu24.com  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov dəyişkən havalarda virusdan qorunmadan danışarkən deyib.

İnfeksionist bildirib ki, payız-qış mövsümündə qrip virusu aktivləşir: “Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb. Digər viruslar da aktivdir. Qrip isə ağır fəsadlara səbəb olur. İlk günlərdə qoruyucu tədbirlərə ciddi əməl edilməlidir. Əks halda xəstəxanada müalicə almaq lazım olacaq.

Qripin müalicəsində istifadə olunan dərmanlara gəlincə, bunun üçün ilk növbədə diaqnoz təsdiqlənməlidir. Əksər hallarda ilk 2 sutka ərzində istifadə olunan antibakterial dərmanlar təsirli ola bilər. Əhali hərarətin yüksəlməsi zamanı daha çox antibiotiklərin istifadəsinə önəm verir. Bu, yalnışdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi