Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80781
az

2023-ci il üçün əhaliyə maaşlarla bağlı ŞAD XƏBƏR - Artım davam edəcək

19:1217 Yanvar, 2023
226
REDAKTORUN SEÇİMİ
  • A

Yeni ilin ilk günlərindən etibarən ölkənin əsas gündəminə çevrilən məsələlərdən biri də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardır. 

Bu məqsədlə Azərbaycanda minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Daha sonra dövlət müəsisələrində fəaliyyət göstərən şəxslərin də maaşı rəsmi inflyasiya rəqəminə uyğun olaraq 15% məbləğində çoxaldılıb. Özəl sektorda isə vəziyyət bir qədər fərqlidir. 

Nəzərinizə çatdıraq ki, Dövlət Statistika Komitəsinin son statistik göstərilərinə əsasən, ölkədə muzdla çalışanlar 1 milyon 70.9 min nəfərdir. Onlardan 905.7 min nəfəri (bir ay öncə: 903.6 min) iqtisadiyyatın dövlət sektorunda, 799.2 min nəfəri (795 min) isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Belə olan halda yerdə qalan 800 min nəfərə yaxın özəl sektor işçilərinin taleyi sual doğurur. Təəssüf ki, hazırda əksər özəl müəsisələr işçilərin maaşını artırmır. Bəs görəsən, dövlət həmin insanların sosial təminatını yaxşılaşdırmaq üçün müəsisələri maaş artımına necə təşviq edə bilər? Burada hansı addımlar atılmalıdır?

Oxu24.com  xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, minimum əmək haqqının 300 manatdan 345 manata qaldırılması ilə özəl müəsisələrin işçilərə verdiyi maaşı bu həddə uyğunlaşdırmasına maaş artımı demək olmaz. Bu dövlət-özəl fərq etmədən bütün müəsisələrə aiddir. Heç kəsin də ixtiyarı yoxdur ki, işçiyə minimum həddən aşağı maaş versin.

Deputatın sözlərinə görə, ölkədə baş verən qiymət artımı və inflyasiya fonunda dövlət tərəfindən sahibkarlarla müəyyən işlər aparıldı:

"İqtisadiyyat nazirliyi tərəfindən iclaslar keçirildi. Özəl sektorlara tövsiyə olundu ki işçilərin maaşları artırılsın, hətta vergi orqanları vergi sistemində yoxlamalar apardı ki, bu məsələ daha çox qabardılsın. Aldığım məlumata görə, bəzi özəl müəsisələr maaş artımı tövsiyəsinə riayət edirlər. Çalışırlar ki insanların maaşları aşağı olmasın. Lakin hazırda bundan yayınanlar da az deyil. Çünki işçiyə çox maaş vermək, həm də çox vergi ödəmək deməkdir. Ona görə də bir vaxtlar Azərbaycanda “konvört” sistemi mövcud idi. Daha sonra bu yavaş-yavaş ləğv olundu. Bütün hallarda işçiyə aşağı maaş yazmaq olmaz. Çünki bu işlə bağlı ciddi yoxlamalar gedir".

"Özəl sektorda maaş artımı nə qədər olmalıdır?" sualına gəldikdə isə deputat bildirdi ki, bu bir qədər həmin müəsisələrin insafına qalan məsələdir:

"Mən də istəyərəm ki hər kəs yüksək gəlir əldə etsin. Belə bir reallıq var ki, bazara nə qədər pul kütləsi daxil olursa, o qədər inflyasiya təzyiqi yaranır. Bunlar hamısı hesablanır. Dövlət başçısı 300 manatı 345 manata çatdırdı. O, bu məbləği 450-500 manat da edə bilər. Amma digər tərəfdən bu amil özlüyündə süni qiymət artımına şərait yaradır".

V.Əhmədov onu da vurğuladı ki, 2023-cü ildə ölkədə inflyasiya davam etsə, ərzaqların, dərman vasitələrinin və s. qiymətində bahalaşma baş verərsə dövlət tərəfindən minimum əmək haqqı və maaş artımı davam etdiriləcək:

"Apardığım analizlərə görə, 2023-cü ildə müəyyən qıtlıq gözlənilir. Lakin bu Azərbaycana aid deyil. Ölkəmizin kifayət qədər vəsaiti var ki, istənilən məhsulu alıb gətirsin".

Vahid Əhmədovun fikrincə gələn il Azərbaycanda iflyasiya 6.9% təşkil edəcək. 2023-cü ildə ölkədə ciddi qiymət artımı müşahidə edilməyəcək. Ola bilsin Rusiya-Ukrayna müharibəsi dayandı və stabilləşmə prosesi getsin.

Qeyd edək ki, son ölkədə son olaraq ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9 %, qeyri-ərzaq məhsulları 7,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10 % bahalaşıb.

Bu ilin avqust ayında inflyasiya iyul ayına nisbətən 0,9 %, ötən ilin avqust ayı ilə müqayisədə isə 14,2 % olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi