Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80733
az

Azərbaycanda faciə: Hamilə qadın öldü

09:1017 Yanvar, 2023
84
REDAKTORUN SEÇİMİ
  • A

Göyçay rayonunun Çərəkə kəndində hamilə qadın yaşadığı evdə qəfil dünyasını dəyişib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakini, 26 yaşlı Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və o yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü məlum olub.

Qeyd edək ki, 8 aylıq hamilə F.Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Həkimlər onu müayinə edən zaman bətnindəki uşağın da öldüyünü aşkar ediblər.

F.Kərimovanın ölüm səbəbi hələ məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomoya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Müdafiə Nazirliyi açıqlama yaydı: 30 yaşınadək hərbi vəzifəlilər mayın 13-dən...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər