Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79285
az

İntim videoları yayılan polkovnikin daha bir cinayəti üzə çıxdı - VİDEO

18:2223 Dekabr, 2022
1064
REDAKTORUN SEÇİMİ
  • A

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevin daha bir cinayət əməli üzə çıxıb.
 

Oxu24.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Xidmət rəisi Füzuli Əsədovla qohumluq münasibətlərindən istifadə edərək Biləsuvar sakini Murad Qəfərzadəyə Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon şöbəsində işə qəbul etdirəcəyinə dair vəd verib.

İş yoldaşı A.Nəsirova vasitəsilə 2019-cu ilin ortalarında Muradın atası Şahəddin Qəfərovdan 10 000 min manat pul alıb.

O, Xidmət rəisinin qərarına təsir etmək imkanlarından istifadə etməklə Murad Qəfərzadəni bu vəzifəyə təyin etdirə biləcəyini deyib.

Pulu aldıqdan sonra işə qəbulla bağlı sənədləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinə təqdim edib.

Daha sonra M.Qəfərzadə həqiqətən də yanğınsöndürən kimi işə qəbul olunub.
Murad Qəfərzadənin atası Şahəddin Qəfərov dindirilmə zamanı Zaur Mirzəyevə çatdırılması üçün pulu onun dediyi şəxsə verdiyini etiraf edib. Z.Mirzəyev isə sözügedən ittihamları qəbul etmir.
Bu əmələ görə, FHN polkovnikinin ittiham olunduğu maddələr arasına Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi də əlavə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, Zaur Mirzəyev FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun əmisi qızı ilə evlidir. F.Əsədov isə keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı