Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77931
az

Rayonlara səfər edəcək şəxslərin NƏZƏRİNƏ - Bundan sonra... - VİDEO

23:3202 Dekabr, 2022
253
REDAKTORUN SEÇİMİ
  • A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sərnişin Daşımalarının Monitorinq Mərkəzini istifadəyə verib.

OXU24.COM  Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayon və şəhərlərə gedən avtobusların hərəkətinə bu mərkəzdən nəzarət olunacaq.


Bu məqsədlə Əlavə GPS avadanlığı və monitorlar quraşdırılıb, əməkdaşlar cəlb edilib. Buna görə də avtobus sürücüləri sürət həddini aşa bilməyəcəklər, onların dayancaqdan kənarda dayanmalarına isə imkan verilməyəcək.

Agentliyin mətbuat katibi Tural Orucovun sözlərinə görə, bu mərkəzdən rayon və şəhərlərə hərəkət edən avtobuslara ciddi nəzarət olunacaq.

Yola düşən avtobusların hərəkətinə mərkəzdə quraşdırılan monitorlar vasitəsi ilə nəzarət olunur. Operatorlar monitorlarda avtobus sürücülərinin qaydaları pozmasını aşkar etdikdə, bu barədə daşıyıcı şirkətlərə məlumat verilir.

Qeyd edək ki, sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Monitorinq Mərkəzindən respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar xüsusi quraşdırılmış nəzarət kameraları vasitəsilə də 24 saat monitorinq edilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qobustanda narkotikə görə 2 nəfər saxlanılıb