Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77318
az

Pensiyalar artırılır - yaşa görə müavinət alanlar isə...

11:0324 Noyabr, 2022
103
REDAKTORUN SEÇİMİ
  • A

Deputat Vüqar Bayramov: “Yaşa görə müavinətin məbləğinə baxılması və artırılmasını məqsədəuyğun hesab edirik”

Azərbaycanda gələn il yaşa görə pensiyanın məbləği 455 manat olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihəsinə əsasən, növbəti ildə fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək.

Komitə sədri qeyd edib ki, gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, 2022-ci ilin 1 yanvar tarixindən əmək pensiyasının minimum məbləği 20 faiz artırılaraq 240 manat müəyyən olunub. Həmçinin ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin sərəncamları ilə 2022-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla digər əmək pensiyaçılarına 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına isə 2022-ci ildə aylıq əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunub.

Mövzu ilə bağlı millət vəkili, iqtisadçı Vüqar Bayramov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ümumilikdə 2023-cü ilin dövlət büdcəsinin xərclərinin 46 faizi sosial sferaya yönəldiriləcək:

“Bu əslində büdcədən ayrılan hər 100 manatın 46  manatının sosial istiqamətə ayrılması anlamına gəlir. Eyni zamanda büdcədən sosial istiqamətə 15,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu  da əvvəlki illərlə müqayisədə daha ciddi bir  rəqəmdir. Ona görə də sosial istiqamətdə vəsaitlərin ayrılması prioritetdir və təbii ki, bütövlükdə bu istiqamətdə daha çox dəstəyin həyata keçirilməsi nəzərdə tutulur.

Bu kontekstdən bizim də təkliflərimiz ondan ibarətdir ki, yaşa görə müavinət məbləğinə baxılması və artırılmasının həyata keçirməsi məqsədəuyğun olardı. Çünki nəzərə alsaq ki, bütövlükdə sosial istiqamətə ayrılan vəsaitin həcmində artımlar var, büdcə gəlirləri əvvəlki illərlə müqayisədə daha çoxdur, bu da təbii ki, yığımlar və iş stajı baxımından pensiya almaq hüququ olmayan və yaşa görə müavinət alan vətəndaşlarımızın müavinət məbləğinin də artırılmasına imkan yarana bilər. Biz bu istiqamətə də vəsaitin ayrılması və yaşa görə müavinətin məbləğinə baxılması və artırılmasını məqsədəuyğun hesab edirik".

 

İqtisadçı ekspert Xalid Kərimli isə qeyd etdi ki, gələn il həm minimum pensiya, həm də minimum əmək haqqının artırılması gözlənilir:

“Ölkədə pensiya haqqında olan qanunvericiliyə görə pensiyalar indeksləşdirilir. Pensiyaların indeksləşdirilməsi nədir və bu, hansı formada aparılır? Bu, hər ilin yanvar ayı, hansı ki, 2023-cü ilin yanvarında da bu proses baş verəcək, əvvəlki  ilin orta aylıq əmək haqqı artımının faizi qədər pensiyalar indeksləşdirilir, yəni artırılır.  Hazırda Azərbaycanda 2022-ci ildə hökumət maaşları, minimum əmək haqqını artırdığına  görə  orta aylıq əmək haqqı əvvəlki illərlə müqayisədə təxminən 14,5 faiz artıb, yəni bir qədər yaxşı olub. Lakin biz dəqiq rəqəmi 2023-cü ilin yanvarında biləcəyik. Çünki il bitməli və ilin orta aylıq əmək haqqı faizi əsas götürülməlidir.

Beləliklə, bütün pensiyalar 14,5 faizə qədər artırılacaq. Və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin verdiyi proqnoz da təqribi bunun üzərində qurulub ki, ilin axırına qədər orta aylıq əmək haqqı faizi qədər artırımlar gedəndən sonra pensiyalar bu qədər artmış olacaq.

Lakin minimum pensiya bu ilin əvvəlindən 20 faiz artırıldıqdan sonra hazırda yaşayış minimumunun da artması nəzərdə tutulur. İlkin hesablamalara görə, növbəti büdcə planına əsasən yaşayış minimumunun məbləğinin 210 manatdan 246 manata qədər qaldırılması  planlaşdırılır. Bu da o deməkdir ki, çox böyük ehtimalla avtomatik olaraq gələn il biz minimum pensiyanın da artırılmasını görəcəyik. Hətta büdcəyə baxanda minimum əmək haqqının da artırılması ehtimal olunur. Onun faizləri nə qədər olacaq, bunu dövlət irəli sürəcək.

Lakin qeyd edim ki, ölkədə yaşayış minimumunun artırılması haqqında artıq ilkin informasiya var. Yəni qanun qəbul edilməsə də, büdcə müzakirələrində bunu görmüşük. Beləliklə, güman edirəm ki, növbəti ildə minimum pensiya da, minimum əmək haqqı da artırılacaq.

Həm də nəzərə alsaq ki, ölkədə çox ciddi, 13-14 faizlik inflyasiya var, xüsusən də ərzaq inflyasiyası son 12 aylıq olaraq 22-23 faizdir, ona görə də sosial müavinətlərin artırılmasını gözləmək ağlabatan və realdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı