Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76969
az

Satılan malların üzərində qiymətləri göstərilmir - Qanunla bu necə olmalıdır?

15:2620 Noyabr, 2022
89
REDAKTORUN SEÇİMİ
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

İSTEHLAKÇİ HÜQUQLARI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ YAZINI TƏQDİM EDİRİK:

Bir çox mağazalarda satılan malların üzərində qiymətləri göstərilmir. Qanunla bu necə olmalıdır?

Satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfindən isə mütləq, maddi-məsul şəxsin imzası və onun doldurulma tarixi olmalıdır.

Alınan mala mağaza zəmanət verməyibsə, mal xarab çıxıbsa nə etmək olar?

İstehsalçı (icraçı) malın həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.2-ci maddəsi ilə müəyyən edilmiş 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.
Satıcı mal haqqında istehlakçıya hansı məlumatları verməyə borcludur?
Satıcı (icraçı) istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməyə borcludur.
Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına və ya istifadə etməsinə səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək hüququ vardır.

Hazırladı: MİRİ MƏCİDLİ

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı