Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76910
az

Nəqliyyat vasitəsinin təkrar qeydiyyatı hansı hallarda aparılmalıdır?

21:3119 Noyabr, 2022
90
REDAKTORUN SEÇİMİ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu nəqliyyat vasitəsinin qeydiyyatı ilə bağlıdır.

 

SUAL: Nəqliyyat vasitəsinin təkrar qeydiyyatı hansı hallarda aparılmalıdır?

 

CAVAB: Qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli 4.1 bəndinə əsasən nəqliyyat vasitələrinin təkrar qeydiyyata aşağıdakı hallarda alınır: - fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə; - nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; - sahibinin soyadı, adı, atasının adı dəyişildikdə; - avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişildikdə.

Eyni zamanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin və 1 saylı əlavənin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2. maddəsində nəqliyyat vasitələrində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə 150 manat miqdarında cərimə nəzərdə tutulmuşdur.

Rəşad Dağlıdan XƏBƏR VAR: Sabah meyxanaçı üçün şad gün olacaq

 

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏTLİ OLUN! Bu məlumatı verən şəxsə 2000 manat mükafat veriləcək (VİDEO)
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ!
Elşad Nağıyev saxlanılıb

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR