Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76854
az

"Lotu Quli"nin qatili danışdı! YENİ və ŞOK DETALLAR: 4 milyon dollar kimə çatıb?

09:3219 Noyabr, 2022
117
REDAKTORUN SEÇİMİ
  • A

"Lotu Qulinin qatili mən deyiləm. Mən sola atəş açdım, o isə sağda idi..."

Türkiyənin Antalya şəhərində öldürülən, kriminal aləmdə "Lotu Quli" kimi tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərin məhkəmə prosesi keçirilib.

Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin "Lənkəranski" ləqəbli Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədilə törədildiyi müəyyən edilib.

Qətldə Azərbaycan vətəndaşları Xaqan Zeynalov, Əmir Həmidli, Əli Mövlamlı, Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova, Namiq Canıyev, Rəsul Həsənov, Ümid Nəcəfov,  Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlunun əli olduğu müəyyən edildikdən sonra İstanbul və Ərzurumda əməliyyatlar aparılıb.

Əməliyyatlar zamanı Əli Mövlamlı, Rəsul Həsənov, Ümid Nəcəfov və Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlu saxlanıb. Vəkil Nürsen Arasoğlu məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Canıyev barəsində isə həbs qətimkan tədbiri seçilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu yaxınlarda keçirilən məhkəmə prosesində qətli törətməkdə təqsirli bilinən Xaqan Zeynalov fərqli ifadə verib.

"NADİRİ VURAN MƏN DEYİLƏM..."

 

27 yaşlı Xaqan Zeynalov "Lotu Quli"ni öldürmədiyini deyib:

"Nadir Səlifov mənim yaxın dostum olub. Məni Türkiyəyə özü dəvət edib. Oteldə onun qonağı olmuşam. Avqustun 19-u İstanbula gedəcəkdim. Ayın 17-si isə aramızda problem yarandı. Nadir Səlifov mənə Moskvada olan bir iş adamını oğurlamağımı tapşırdı. Razı olmadım. Ona görə dalaşdıq. O, mənə yumruq vurdu. Otaqda 8 nəfər var idi, hamısı silahlı idi. Dalaşandan sonra mənə atəş açdılar, mən də özümü qorumağa çalışdım. Silahımı çıxarıb, sola atəş açdım. Nadir isə sağda idi".

Xaqan Zeynalov sui-qəsddə iştirakı iddia edilən digər şəxs - 28 yaşlı Əmir Həmidli ilə hadisədən əvvəl oteldə qarşılaşdıqlarını, birlikdə İstanbula getməyə razılaşdıqlarını və silahlı münaqişə səbəbindən oteldən qaçaraq Əmirin maşınına mindiklərini bildirib.
Ətraflı

X.Zeynalov "Lotu Quli"ni öldürmək üçün 4 milyon dollar alması ilə bağlı iddiaları da rədd edib:

"Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir mənim yaxın dostum olub. Onu vuran mən deyiləm. Polis məni hədələyirdi. İlk ifadəni verəndə mənim tərcüməçim yox idi. Ona görə deyilən ifadəni qəbul etməli oldum".

Musavat.com xatırladır ki, Xaqan 2020-ci il 21 avqustda verdiyi ilk ifadədə Nadiri sevmədiyi üçün öldürdüyünü bildirmişdi:

"Onu heç sevmirdim. Birgə yaşadıq, birgə böyüdük. Onun mühafizəçisi oldum, illərlə buna dözdüm. Amma sevmirdim. Sevməyə-sevməyə bu işi gördüm. Sevmədiyim üçün də öldürdüm".

"HADİSƏNİ BOYNUMUZA ALMAĞA MƏCBUR OLDUQ"

Xaqan Zeynalova kömək edərək, onu avtomobillə otelin qarşısından qaçırdığı iddia edilən Əmir Həmidli də ona qarşı irəli sürülən ittihamları rədd edib. O, hadisədən əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova ilə Türkiyəyə istirahətə gəldiklərini bildirib:

 

"Xanımnisə Məmmədova eskort qadındır. Türkiyədə birlikdə istirahət etmək üçün 500 dollara razılaşdıq. Əvvəlcə İstanbulda bir dostumuzun evində qaldıq. Sonra Antalyaya gəldik. Oteldə köhnə dostum Xaqanla rastlaşdım. O, avqustun 19-da İstanbula gedəcəyini bildirdi və bizə birlikdə getməyi təklif etdi. Qəbul etdim. Yeri gəlmişkən, Xanımnisə Məmmədova mənim bəzi davranışlarıma qarışdığı üçün pulunu verib göndərmişdim. Axşam Xaqanı götürməyə gəldim, Xaqan qaçaraq gəlib dedi ki, "Nadirlə mübahisə etdik, sür, məni öldürəcəklər". Antalyanın çıxışında yanacaqdoldurma məntəqəsində saxladıq, yaralı idi, kürəyi qanamışdı. Tamponlar düzəltdim. Xəstəxanaya getməyi təklif etdim, qəbul etmədi. Sonra polislər bizi saxladı".

Əmir Həmidli də polis tərəfindən təzyiqə məruz qaldığını deyib: "Polis bölməsində bizi döydülər, hadisəni boynumuza almağa məcbur etdilər".

Prosesdə digər təqsirləndirilən şəxslər də ittihamları rədd ediblər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin vəkillərinin müdafiəsindən sonra saxlananlardan biri - Cəmil Keleşin azadlığa buraxılması, digərləri barəsində isə həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və iclası təxirə salıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ