Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76249
az

Rəşad Dağlı danışdı: Bıçaq kimin olub?

21:4710 Noyabr, 2022
904
REDAKTORUN SEÇİMİ
  • A

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) özünü təqsirli bilib.

 

Axar.az-ın məlumata görə, o, bu barədə Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə deyib.

 

Meyxana ustası məhkəmədə ifadəsi zamanı hadisə zamanı qətl törətmək fikrində olmadığını söyləyib. Onun sözlərinə görə, hadisə vaxtı bıçaq İsgəndər Mehdiyevdə olub və onu öldürməyə cəhd edib.

 

Rəşad Dağlı deyib ki, əlbəyaxa zamanı həmin bıçağı ondan alıb və İsgəndər Mehdiyevi qətlə yetirib.

 

Qeyd edək ki, Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı ən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

İttihama görə, noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İsgəndər Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ətraflı
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.

 

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.

 

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

 

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehdiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, 26 oktyabrda azadlığa buraxılıb.

 

İsgəndər Mehdiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Müdafiə Nazirliyi açıqlama yaydı: 30 yaşınadək hərbi vəzifəlilər mayın 13-dən...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər