Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76088
az

Bakı-Sumqayıt qatarından istifadə edənlərin nəzərinə - Noyabrın 4-dən bu kartlarla...

22:4608 Noyabr, 2022
85
REDAKTORUN SEÇİMİ
  • A

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard” beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsi dayandırılıb.

Oxu24.com  xəbər verir ki, kartla ödəniş etməyə çalışan sərnişinlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları bununla bağlı xəbərdarlıq edib.

Dəmir yolu işçilərinin sözlərinə görə, məhdudiyyət noyabrın 4-dən qüvvəyə minib və nə zaman aradan qaldırılacağı bilinmir.

ADY-nin Çağrı mərkəzindən “Report”a faktı təsdiq ediblər və qeyd ediblər ki, “Mastercard” vasitəsi ilə birbaşa, eləcə də "Apple Pay” və “Google Pay” üzərindən ödəniş etməmək tövsiyə edilir:

“Biz ümumiyyətlə “Apple Pay” və “Google Pay”ə rəsmi olaraq zəmanət vermirik. Yalnız kart ilə ödəniş etməyə tövsiyə edirik. Hazırda isə “Mastercard” kartı, “Apple Pay” və “Google Pay” cihazları ilə ödəniş edərkən turniket açılmayacaq. Problem var və onun aradan qaldırılması üçün işlər aparılır”.

“Mastercard” şirkətindən isə bildirilib ki, problemin aradan qaldırılması üçün banklarla işlər aparılır:

“ADY-yə məxsus qatarlarda bank kartı ödənişlərinin qəbulu ilə bağlı bəzi qısamüddətli NFC problemlərinin olduğundan xəbərdarıq. Onları aradan qaldırmaq üçün banklarla yaxından təmasdayıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi