Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75682
az

Gündə 3 Dəfə İçin - Xəstəlik Nədir Bilməyəcəksiz

00:3503 Noyabr, 2022
172
REDAKTORUN SEÇİMİ
  • A

Bu içki ən faydalı içkidir desək yanılmarıq. Onu içən zaman insan vücudu yenilənir, ağarmış saçlar yavaş-yavaş qaralmağa başlayır, tökülmüş saçların yerinə yeniləri gəlir, solğun dərinin yerini parlaq və canlı bir dəri alır, ağrıyan orqanlarınızın ağrısı yavaş-yavaş azalır, qaraciyər bir sözlə yenilənir.

Bu gün sizə bəkməzin faydaları və istifadə qaydalarından danışacam. 

son dövrlər sosial şəbəkələrdə bəkməzin heç bir xeyri yoxmuş kimi fikirlər səslənilir. Guya bəkməz qaynayan zaman tərkibi parçalanır, heç bir vitamini, mineralı qalmır, xərçəng əmələ gətirir və s. Lakin bu məlumatların hamısı səhvdir.  Bəkməz başdan-başa mineral qaynağıdır. Əgər bənizi solmuş, qanı az olan birisini görsəniz ona gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı bəkməz içməsini söyləyin və 15-20 gündən sonra həmin insanın necə dəyişdiyini görəcəksiniz. Təsəvvür edin ki, 1 xörək qaşığı tut bəkməzini içmək 1 stəkan tut yeməyə bərabərdir, yəni 1 stəkanın içindəki minerallar 1 xörək qaşığına yığılmışdır. Bəli, onunla razıyam ki, bəkməz təzə meyvənin yerini verə bilməz. Çünki bişəndə bəzi vitaminlər (hansı ki, suda həll olur) parçalanır, amma yağda olan vitaminlər və minerallar parçalanmır.

Bəzi xüsusiyyətlərinə görə bəkməz meyvələrdən üstündür, məsələn tut meyvəsi cəmi 15-20 gün yeyilir, amma tut bəkməzini bütün il boyu istifadə etmək olar. Bəkməz qan azlığı, soyuqdəymələrdə, bronxitlərdə (çox yaxşı bəlğəmgətiricidir), qaraciyər xəstəliklərində, halsızlıqda, immunitet zəifliyində, sümük əyilmələrində və əriməsində (kalsium çatışmazlığında osteoporoz), ağız-boğaz yaralarında (doşab ağızda bir müddət saxlanılır, sonra udulur), tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün çox faydalıdır. Bəkməz böyüməkdə olan uşaqlarımız üçün də mükəmməl qidadır, çünki uşaqların minerallara daha çox ehtiyacı vardır. Bəkməz qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır.

Xurma bəkməzinin faydaları
Azərbaycanda bol xurma (xirnik) yetişir, demək olar çoxusu istifadə olunmadan xarab olur. Biz xurma bəkməzinin faydalarını bilsək və onu xalqımıza sevdirə bilsək ən azından insanlarımız faydalarını görərdilər. Xurma doşabında olan yod heç bir doşabda yoxdur. Əgər dəriniz qurudursa, həyacanlanısınızsa, arıqlayırsınızsa, ürək döyüntüləriniz varsa xurma doşabının əvəzi yoxdur.

Üzüm bəkməzinin faydaları
Bizdə çox olan doşablardan biri də üzüm doşabıdır. Başdan-başa enerji mənbəyi, qaraciyərin dostu desək yanılmarıq, həm də dalaq böyüməsində faydalıdır. Şəkər xəstələri doşabı çox az istifadə etməli, yaxşı olar ki, turş nar bəkməzindən istifadə etsinlər.

Əncir bəkməzinin faydaları
Əncir bəkməzi ürəyi zəif olanlar, tez-tez qıcolmaları olanlar, öskürəkdən əziyyət çəkənlər üçün, babasildən əziyyət çəkənlər üçün faydalıdır. Əncir bəkməzi ürəyin vurma gücünü artırır, dəridə səpmə və ləkələri olanlar üçün də həmçinin faydalıdır.

Tut bəkməzinin faydaları
Tut bəkməzi çox istifadə olunan və belə deyək bəkməzlərin şahıdır. Ana südünü artırır, böyrək və sidik yollarının həm daş xəstəliyində, həm də iltihabi xəstəliklərində faydalıdır, əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağısaq yaralarında çox faydalı olmaqla yanaşı, ağciyər xəstəliklərində də çox faydalıdır. Bəkməzi həm su ilə qarışdırıb içə bilərsiniz, həm də gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içə bilərsiniz. Bəzi adamlar səhər ac qarına 100 qram bəkməzi birdəfəyə içir. Burda da bir problem yoxdur, elə də içə bilərsiniz. Bəkməz hazırlayanda meyvələri yığıb ya şirəsini çəkib şirəni qaynatmalı, ya da suda dəmləmə edib qaynatmalı sonra süzməlisiniz. Bəkməz hazırlayan zaman mütləq içinə ağ torpaq və ya gəc torpağı, o da olmasa ən azından soda qarışdırmaq lazımdır ki, tərkibi turşulaşmasın və daha faydalı olsun.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi