Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75243
az

Noyabrın 1-dən ölkədə karantin rejimi ləğv ediləcək? (AÇIQLAMA)

10:4520 Oktyabr, 2022
153
REDAKTORUN SEÇİMİ
  • A

"Nə qədər pandemiya var, o qədər karantin rejimi davam edəcək. Karantin rejimi pandemiya ilə mübarizə aparmaq üçün tədbirlər kompleksidir. Ola bilər ki, karantin rejimi ləğv edilməsin, lakin məhduddiyyətlər kiçik formada qalsın".

Oxu24.com  xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Professor hesab edir ki, quru sərhədlər və qapalı məkanlarla bağlı məhdudiyyətlər qüvvədə qala bilər: "Bunlar hamısı epidemioloji vəziyyətdən asılıdır. Hər şey ləğv edilə də, sərtləşdirilə də bilər. Lakin sərtləşdirmələrin olacağını düşünmürəm. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nə qədər ki, pandemiyanın sonunu elan etməyib, o qədər karantin rejimi qalacaq.

Hesab edirəm ki, pandemiya sonuna, öz qürubuna doğru gedir. Azərbaycan reallığında kollektiv immunitetin formalaşması ağır nəticələrə səbəb olacaq xüsusi dalğaların yaranmasını da mümkün etmir. Avqust-sentyabr aylarında yoluxmalar zamanı da gördük ki, ölüm və ağırlaşma sayı xeyli aşağı olub. Bu vəziyyət virusun zəyiflədiyini və pandemiyanın sona doğru getdiyini göstərir".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi